“Hörmüz boğazının idarəetmə qaydaları əvvəlki kimi olmayacaq” - Əraqçi

2026/05/1779257316.jpg
Oxunub: 193     08:20     13 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Hörmüz boğazının idarə olunması gələcəkdə əvvəlki model əsasında həyata keçirilməyəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Tehran Times” nəşri məlumat yayıb.

Əraqçi vurğulayıb ki, boğaz İran və Omanın suverenliyi altındadır və burada beynəlxalq su yolu mövcud deyil.

Nazirin sözlərinə görə, indiyədək bu strateji marşrut bütün gəmilər üçün açıq olub, İran və Oman isə təhlükəsizliyi təmin edərək xidmətləri ödənişsiz göstəriblər.

O qeyd edib ki, gələcək idarəetmə sistemi əvvəlki formatı təkrarlamayacaq.

“İran və Omanın boğaz üzərindəki suverenliyini heç kim poza bilməz”, - deyə Əraqçi bildirib.

İran XİN rəhbəri Omanla intensiv məsləhətləşmələrin davam etdiyini də açıqlayıb. Onun sözlərinə görə, tərəflər mühüm nəticələr əldə ediblər və yaxın vaxtlarda birgə bəyanatla çıxış edərək Hörmüz boğazının gələcək idarəetmə planını təqdim edə bilərlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əraqçi   Hörmüz  


Bizi "telegram"da izləyin