Ordu.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan tərəfindən Livan üçün nəzərdə tutulan humanitar yardımı daşıyan 4 yük avtomobili 2026-cı il iyunun 12-də “Marqara” keçid məntəqəsini keçərək Türkiyə ərazisi üzərindən Livana yola düşüb.
Qeyd edilir ki, humanitar yükün ümumi həcmi 80 ton təşkil edir. Yükün 38 tonunu dərman preparatları və gigiyena vasitələri, 42 tonunu isə konserv məhsulları və uzun müddət xarab olmayan ərzaq məhsulları təşkil edir.
Dərman vasitələrinin toplanması işlərini Ermənistan Səhiyyə Nazirliyi, ərzaq məhsullarının toplanmasını isə İqtisadiyyat Nazirliyi əlaqələndirib.
Alpər Mövludoğlu
Ordu.az