İran XİN: ABŞ ilə razılaşmanın əsas müddəaları artıq təsdiqlənib

2026/06/1781259696.jpg
Oxunub: 213     14:17     12 İyun 2026    
İran Xarici İşlər Nazirliyi ABŞ ilə münaqişənin nizamlanmasına dair razılaşmanın əsas hissəsinin artıq təsdiqləndiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai məlumat verib.

Onun sözlərinə görə, sənədin əsas bölmələri demək olar ki, tamamlanıb, lakin ABŞ-nin ziddiyyətli mövqeləri danışıqlar prosesində vaxtaşırı fasilələrə və çətinliklərə səbəb olub.

Bəqai ABŞ ilə razılaşmanın imzalanacağı yer və vaxtla bağlı yayılan məlumatları spekulyasiya adlandırıb. O bildirib ki, Qətər və Pakistan vasitəçiləri səylərini davam etdirsələr də, ABŞ-nin aqressiv addımları diplomatik prosesə mənfi təsir göstərib.

Xatırladaq ki, 2026-cı il iyunun 11-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İranla razılaşmanın bir sıra yekun müddəalarının danışıqlarda iştirak edən bütün tərəflər tərəfindən qəbul edildiyini bildirib. Bununla yanaşı, o qeyd edib ki, saziş imzalanana qədər ABŞ qüvvələri İranın dəniz blokadasını dəstəkləməyə davam edəcək.

Tramp həmçinin “Truth Social” sosial şəbəkəsində paylaşım edərək yekun müddəaların ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər dövlətlər tərəfindən həm prinsipial, həm də texniki detalları üzrə təsdiqləndiyini yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   XİN   ABŞ  


Bizi "telegram"da izləyin