“Mehr”: İran və ABŞ arasında nizamlanma memorandumunun layihəsi 14 maddədən ibarətdir

2026/05/1778133830.jpg
Oxunub: 213     14:20     12 İyun 2026    
İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair memorandum layihəsinin 14 maddədən ibarət olduğu açıqlanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin yaydığı sənədə əsasən, memorandum ABŞ-nin sanksiyaların ləğvi, qoşunların İrandan çıxarılması, dəniz blokadasının dayandırılması, Hörmüz boğazının açılması, neft məhdudiyyətlərinin aradan qaldırılması və İran aktivlərinin dondurulmuş vəziyyətdən çıxarılması ilə bağlı öhdəliklərini ehtiva edir.

Sənəddə həmçinin qeyd olunur ki, ABŞ İran iqtisadiyyatının bərpası üzrə proqram təqdim etməli, tərəflər arasında yekun danışıqlar isə Tehranın raket proqramı müzakirə edilmədən nüvə və iqtisadi məsələlərə fokuslanmalıdır.

“Mehr” agentliyi vurğulayıb ki, memorandum layihəsinin qüvvəyə minməsi üçün aidiyyəti qurumların təsdiqi tələb olunur.

Məlumata görə, İran və ABŞ qarşıdakı 60 gün ərzində atom proqramı ilə bağlı danışıqlar aparacaq və həmin prosesin nəticəsi olaraq yekun sazişin imzalanması nəzərdə tutulur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin