Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2026-cı il iyunun 10-11-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Artur Eroyanın rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin İcraedici Akademik Şurasının iclasında iştirak edib.
Brüsselə səfər çərçivəsində Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti NATO-nun mənzil-qərargahında Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı Direktorluğunun rəhbəri Pirs Kazalet ilə görüşərək müdafiə sahəsində mövcud proqramlar və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Alpər Mövludoğlu
Ordu.az