Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyzyan brifinq zamanı açıqlama verib.
O bildirib ki, Çin beynəlxalq hüquqi əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməmiş birtərəfli sanksiyalara qəti şəkildə qarşı çıxır.
“Çin dəfələrlə bəyan edib ki, beynəlxalq hüquqa əsaslanmayan qanunsuz birtərəfli sanksiyaları qəbul etmir”, - deyə diplomat vurğulayıb.
Lin Tsyzyan əlavə edib ki, Pekin öz şirkətlərinin və vətəndaşlarının qanuni hüquq və maraqlarını qorumaq üçün bütün zəruri addımları atacaq.
Xatırladaq ki, bundan əvvəl ABŞ administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusuna portativ zenit-raket komplekslərinin tədarükündə iştirak etdikləri iddiası ilə Belarus və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az