Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
Marta Kos Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Ermənistana dəstək paketi ilə bağlı açıqlamasını şərh edərkən bildirib ki, Ermənistan-Avropa İttifaqı işçi qrupunun fəaliyyətə başlamasını səbirsizliklə gözləyir.
“Bu gün Prezident fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında razılaşdırılmış Ermənistan-Avropa İttifaqı işçi qrupunun fəaliyyətə başlamasını səbirsizliklə gözləyirəm”, - deyə o qeyd edib.
Avropa komissarı vurğulayıb ki, Rusiyanın iqtisadi təzyiqləri fonunda Avropa Ermənistanı dəstəkləyəcək.
“Avropa İttifaqının maliyyə yardımı, ticarət tədbirləri və həmrəyliyi bu təzyiqlərin təsirini azaltmağa kömək edəcək. Yaxın vaxtlarda yenidən Ermənistana qayıtmağı səbirsizliklə gözləyirəm”, - deyə Marta Kos əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az