Kuçma: "Ukrayna Azərbaycanı ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir"

2026/06/1780581813.jpg
Oxunub: 184     17:34     04 İyun 2026    
Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevi 28 may - Müstəqillik Günü münasibətilə təbrik edib.

Ordu.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Mən Azərbaycana - bu mübarək torpağa dəfələrlə səfər etmişəm. Cəsur xalqınızın müstəqillik uğrunda mübarizə qəhrəmanları haqqında həqiqi dostum, atanız unudulmaz Heydər Əliyevdən eşitmişəm. Buna görə də Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil. Mən bilirəm ki, Ukrayna xalqı da Azərbaycanı yalnız dost kimi deyil, həm də itirilmiş əraziləri geri qaytarmağa və ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir. Siz buna nail oldunuz, bizdə isə bu, hələ qarşıdadır. Bu, xalqlarımız arasında xüsusi tarixi bağ yaradır.

Ümid edirəm ki, Azərbaycan xalqı da bunu hiss edir və onun həqiqi dostunun kim olduğunu başa düşür.

Gözəl Vətəninizə inkişaf və firavanlıqla bağlı ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuçma   Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin