Ordu.az xəbər verir ki, bu barədə Avropa Şurasının yaydığı məlumatda bildirilib.
İsveçrədən olan ALDE qrupunun üzvü Damien Kotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri ilə birlikdə parlament seçkilərini izləyəcək.
İyunun 7-də keçiriləcək səsvermədən əvvəl nümayəndə heyətinin parlamentdə təmsil olunan və olunmayan siyasi partiyaların rəhbərləri, Mərkəzi Seçki Komissiyası, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi, vətəndaş cəmiyyəti və media nümayəndələri, eləcə də ATƏT-in seçki müşahidə missiyasının üzvləri ilə görüşəcəyi planlaşdırılır.
Qeyd edək ki, AŞPA nümayəndə heyəti mayın 11-12-də Ermənistana seçkiqabağı səfər etmiş və bununla bağlı bəyanat yaymışdı.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Alpər Mövludoğlu
Ordu.az