Ukrayna HDQ: Rusiya PUA-ları Qara dənizdə Türkiyəyə məxsus yük gəmisinə hücum edib

2026/05/1780051364.jpg
Oxunub: 306     14:34     29 May 2026    
Rusiya pilotsuz uçuş aparatları mayın 29-na keçən gecə Qara dənizdə ticarət gəmisinə zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Vanuatu bayrağı altında üzən ANT yük gəmisi Odessa vilayətindəki limanlardan birindən Türkiyəyə doğru hərəkət edərkən hücuma məruz qalıb. Gəmi Türkiyə şirkətinə məxsusdur.

Məlumata görə, pilotsuz uçuş aparatının gəminin yuxarı hissəsinə dəyməsi nəticəsində yanğın baş verib. Yanğının söndürülməsi üçün Dəniz Axtarış-Xilasetmə Xidməti və Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri cəlb olunub. Alov qısa müddətdə nəzarət altına alınıb.

Hadisə nəticəsində ekipajın iki üzvü yaralanıb və xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl Odessa vilayətinin hakimiyyət orqanları mayın 29-na keçən gecə bölgəyə qarşı kütləvi pilotsuz uçuş aparatı hücumu həyata keçirildiyini açıqlamışdı.

Rusiya tərəfi Odessa və Qara dənizdə baş verən hücumlarla bağlı hələlik açıqlama verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin