Ordu.az xəbər verir ki, bu barədə “Focus Online” nəşri “Yaşıllar” partiyasının sorğusuna hökumətin verdiyi cavaba istinadən məlumat yayıb.
Məlumata görə, hələ 2024-cü ildə Olaf Şoltsun rəhbərlik etdiyi əvvəlki hökumət dövründə səlahiyyətli nümayəndələr üçün ayrılan vəsait təxminən 69 milyon avro təşkil edirdi.
Bununla yanaşı, hazırkı kansler Fridrix Merts 2024-cü ilin oktyabrında seçkiqabağı kampaniya zamanı hökumətin səlahiyyətli nümayəndələr institutunu tamamilə ləğv etmək niyyətində olduğunu bəyan etmişdi.
“Dövlət aparatı kiçildilməlidir”, - deyə o vaxt Merts Xristian Sosial İttifaqının qurultayında çıxışı zamanı bildirmişdi.
O vurğulamışdı ki, Berlindəki dövlət idarələrində həddindən artıq bürokratiya mövcuddur və səlahiyyətli nümayəndələr “həll edə biləcəklərindən daha çox problem yaradırlar”.
Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) bloku ilə Almaniya Sosial Demokrat Partiyası arasında imzalanmış koalisiya sazişində də səlahiyyətli nümayəndələrin sayının iki dəfə azaldılması məqsədi öz əksini tapıb.
Həqiqətən də hazırda onların sayı 24 nəfərdir. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ilin yanvarında, Olaf Şolts hökuməti dövründə bu rəqəm 43 nəfər olub.
Beləliklə, səlahiyyətli nümayəndələrin sayı təxminən iki dəfə azaldılsa da, onların fəaliyyəti üçün ayrılan xərclər təxminən üçdəbir nisbətində artıb.
Sevinc Əliyeva
Ordu.az