Rusiya ABŞ-nin Kiyevə qarşı sistemli zərbələrdən imtina etmək çağırışlarını rədd edib

2026/05/1779099571.jpg
Oxunub: 283     08:09     29 May 2026    
ABŞ Rusiyanın Kiyevə son zərbələrini qətiyyətlə pisləyib və Moskvanı Ukrayna paytaxtına vəd edilmiş sistematik zərbələr endirməməyə çağırıb.

Ordu.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu açıqlama Kiyevə və ətraf ərazilərə edilən kütləvi hücumdan sonra Ukraynanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında verilib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Brus Rusiyanın "Oreşnik" ballistik raketindən istifadəsini "təhlükəli və barbar eskalasiya" adlandırıb.

Onun sözlərinə görə, Kiyevə növbəti zərbələr mülki əhali arasında itkilərin artmasına və sülh yolu ilə həll perspektivlərini çətinləşdirə bilər.

Lakin Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Vaşinqtonun iddialarını rədd edib.

BMT öz növbəsində Moskvanın Ukrayna paytaxtına mümkün yeni zərbələr barədə açıqlamalarından dərin narahatlığını bildirib.

Ukrayna tərəfinin məlumatına görə, son hücum nəticəsində ən azı iki nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin