"Tasnim": İran və ABŞ arasında memorandum hələ razılaşdırılmayıb

2026/04/1777437793.jpg
Oxunub: 278     23:34     28 May 2026    
İran və ABŞ arasında münaqişənin həlli üzrə saziş layihəsi hələ də razılaşdırılmayıb və təsdiq edilməyib.

Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi danışıqlar komandasına yaxın mənbəyə istinadən məlumat yayıb.

"Bəzi qərb mənbələrinin İran və ABŞ arasında sözdə anlaşma memorandumunun mətninin yekun olaraq təsdiq edildiyini və elanını gözlədiyini iddia etməsi həqiqətə uyğun deyil. İran hələ vasitəçi Pakistana mətnin yekun təsdiqini elan etməyib", - mənbə qeyd edir.

Daha əvəl "Axios" portalı ABŞ və İran arasında anlaşma memorandumunun layihəsini razılaşdırdığını iddia edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin