Ordu.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Məhəmməd Rəsulullah” korpusunun komandanı, briqada generalı Həsən Həsənzadə bildirib.
O, general-mayor Məhəmməd Pakpurun anım mərasimində çıxışı zamanı qeyd edib ki, İranın hərbi-dəniz qüvvələri, aerokosmik bölmələri və silahlı qüvvələrin bütün strukturları son münaqişədən sonra koordinasiyanı əhəmiyyətli dərəcədə gücləndirib.
Həsənzadə bildirib ki, mümkün qarşıdurmaya hazırlıq müharibədən əvvəlki dövrdən aparılırdı və əvvəlki təcrübə nəzərə alınmışdı.
Onun sözlərinə görə, döyüş əməliyyatları başa çatdıqdan dərhal sonra İran əldə olunan təcrübə əsasında yeni təlimlər və hazırlıq proqramlarına başlayıb.
Komandan əlavə edib ki, “Bəsic” obyektlərinə və mərkəzlərinə endirilən zərbələr hökumətyönlü könüllü dəstələrin zəifləməsinə səbəb olmayıb.
“Əksinə, könüllülərin fəaliyyəti daha genişmiqyaslı və daha effektiv olub”, - deyə o vurğulayıb.
Həsənzadə qeyd edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu və “Bəsic” qüvvələrinin cavab tədbirləri, əks-hərəkət və təhlükəsizliyin təmin olunması sahəsində hazırlıq səviyyəsi hazırda əvvəlkindən xeyli yüksəkdir.
Sevinc Əliyeva
Ordu.az