Putin: “AİB artıq bir sıra sahələrdə ümumi rəqəmsal standartlar tətbiq edir”

2026/05/1779985952.jpg
Oxunub: 320     20:27     28 May 2026    
“Avrasiya İqtisadi Birliyi (AİB) artıq ticarət əməliyyatları və digər sahələrdə ümumi rəqəmsal standartlar tətbiq edir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında deyib.

Putinin sözlərinə görə, birlik daxilində ticarət əməliyyatları üzrə məlumat mübadiləsinin ümumi standartları tətbiq olunur, rəqəmsal ticarət qaydaları birləşdirilib və elektron naviqasiya möhürlərindən istifadə edilir.

Bundan əlavə, əmək bazarının inteqrasiya olunmuş informasiya sistemi fəaliyyət göstərir.

Rusiya Prezidenti bildirib ki, süni zəka və rəqəmsallaşma sahəsində AİB artıq bir çox addımlar atıb.

Putin vurğulayıb ki, forum dövlət hakimiyyəti, biznes və ictimaiyyət nümayəndələrinə inteqrasiyanın inkişafı və dərinləşdirilməsi üçün yeni təşəbbüsləri birgə hazırlamaq imkanı verir.

“Bu, AİB iştirakçısı olan dövlətlərin hər birinə real fayda verən inteqrasiyadır”, - deyə Putin əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   AİB   Rusiya  


Bizi "telegram"da izləyin