Rumıniya XİN rəhbəri: "Buxarest Bakı ilə möhkəm strateji tərəfdaşlığı təsdiqləyir"

2026/05/1779949450.jpg
Oxunub: 288     10:01     28 May 2026    
"Yaşıl Enerji Dəhlizi" və Qara dəniz - Xəzər dənizi nəqliyyat marşrutu Rumıniya və Azərbaycanın regional əlaqələndirmənin genişləndirilməsinə strateji töhfəsidir.

Ordu.az xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyunun Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajında deyilir.

"Azərbaycan hökumətinə və xalqına Milli Bayram münasibətilə xoşbəxtlik və çiçəklənmə arzulayırıq!" - o, "X" sosial şəbəkəsində yazıb.

Nazir Buxarestin Bakı ilə möhkəm ikitərəfli strateji tərəfdaşlığı təsdiq etdiyini və bütün sahələrdə, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiq qaldığını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Azərbaycan  


Bizi "telegram"da izləyin