“Hraparak”: Hətta erməni hərbçilər də mülki geyimdə gətirilib

2026/05/1779945813.jpg
Oxunub: 342     09:18     28 May 2026    
“Mayın 25-də Gümrüdə keçirilən təşviqat kampaniyasından sonra baş tutan mitinq üçün hakim “Vətəndaş Müqaviləsi” partiyası böyük səylər göstərib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, əvvəlki uğursuzluğun təkrarlanmaması üçün inzibati təzyiq üsullarından istifadə olunub.

“Mənbələr bildiriblər ki, bələdiyyə və digər dövlət strukturlarının əməkdaşlarına təzyiq göstərilərək onların hamısının Vardanants meydanında keçirilən mitinqdə iştirak etməsi tələb olunub. Çox sayda insan İrəvandan gətirilib və onlar Gümrüyə yola düşmək üçün işdən bir-iki saat əvvəl buraxılıblar”, - deyəı nəşr vurğulayıb.

Qeyd edilib ki, ən çox say təşkil edənlər isə Şirak vilayətinin digər yaşayış məntəqələrindən gətirilən şəxslər və Gümrü yaxınlığındakı hərbi hissələrin hərbçiləri olub.

“Onların bir hissəsinə mitinqə mülki geyimdə gəlmək tapşırılıb. Bildirilir ki, Vardanants meydanında ən yaxşı halda 200-300 nəfər gümrülü olub, qalanları isə kənardan gətirilən şəxslər olub. Hakimiyyət bununla izdihamlı mitinq görüntüsü yaratmağa çalışıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gümrü  


Bizi "telegram"da izləyin