Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrin məlumatına görə, deputatlar seçkiqabağı təşviqat kampaniyası ilə məşğul olduqları üçün dünən keçirilən növbəti iclasa qeydiyyatdan keçmək üçün cəmi üç nəfər gəlib.
“Bunlar iclası idarə edən parlament sədrinin müavini Akop Arşakyan və “Vətəndaş Müqaviləsi” partiyasından uzaqlaşdırılmış Ovik Ağazaryanla Hakop Aslanyan olub.
Ötən gün keçirilən iclasda isə yalnız “Şərəfim Var” fraksiyasının deputatları iştirak edib. Halbuki parlament hələ fəaliyyətini başa vurmayıb və qanunvericilik işi ilə məşğul olmalı olan deputatlar heç olmasa növbəti iclaslarda iştirak etməyə borcludurlar.
Maraqlıdır ki, parlament rəhbərliyi bu günlərdəki iştirak etməməyə görə öz adamlarının maaşından da müxalif deputatlarda olduğu kimi kəsinti edəcəkmi?”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az