Ordu.az xəbər verir ki, bu barədə Rubio nazirlər kabinetinin iclasında ABŞ Prezidenti Donald Trampa Ermənistan səfəri ilə bağlı hesabat təqdim edərkən danışıb.
Rubio bildirib ki, o, ötən axşam İrəvandan qayıdıb və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb.
Onun sözlərinə görə, tərəflər həmçinin TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi üzrə çərçivə sazişini paraflayıb və kritik əhəmiyyətli faydalı qazıntılarla bağlı memorandum imzalayıblar.
“Biz Ermənistanla çox uzun müddət durğun vəziyyətdə olmuş möhtəşəm yeni münasibətlərin yaranmasının şahidi oluruq. Bu istiqamətdə işlər yaxşı gedir”, - deyə Rubio qeyd edib.
ABŞ dövlət katibi bildirib ki, TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin əsas sütunlarından birinə çevriləcək. Onun sözlərinə görə, layihə infrastruktur təhlükəsizliyi və regional sabitliyin təmin edilməsinə xidmət edəcək.
Alpər Mövludoğlu
Ordu.az