Tramp: “ABŞ İranın yüksək zənginləşdirilmiş urandan imtinası müqabilində sanksiyaları ləğv etməyəcək”

2026/05/1779902139.jpg
Oxunub: 519     21:14     27 May 2026    
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi müqabilində sanksiyaların yumşaldılmasını əldə etməyəcək.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “PBS News” telekanalına telefon müsahibəsində danışıb.

ABŞ Prezidenti İranın nüvə materiallarını təhvil verməsi qarşılığında sanksiyaların ləğv ediləcəyini nəzərdə tutan mümkün razılaşma ilə bağlı suala cavabında bunu qəti şəkildə rədd edib.

“Xeyr, xeyr, bu, tamamilə istisnadır. Heç bir sanksiya ləğvi olmayacaq”, - deyə Tramp bildirib.

Amerika lideri Vaşinqtonun sərt mövqeyini bir daha vurğulayıb.

“Onlar yüksək zənginləşdirilmiş urandan sanksiyaların ləğvi naminə imtina etməyəcəklər. Xeyr, qətiyyən bunun naminə yox”, - deyə Tramp qeyd edib.

Bu açıqlamalar Trampın iki gün əvvəl “Truth Social” sosial şəbəkəsində İranla danışıqların “əla irəlilədiyini” yazmasından sonra səsləndirilib.

Məlumata görə, çərşənbə günü ABŞ Nazirlər Kabinetinin xüsusi iclası keçiriləcək. Tramp həmin toplantıda administrasiyası ilə Yaxın Şərq istiqamətində aparılan diplomatik səyləri müzakirə edəcək və növbəti addımları koordinasiya edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin