Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, Kəlbəcər rayonu Taxtabaşı kənd sakinlərinin qalıqları 27.03.1993-cü ildə Kəlbəcər rayon Çıraqlı kəndi ərazisində aşkar edilib.
Kəlbəcər şəhidlər xiyabanında dəfn olunan şəhidlərimizin xatirəsinə hərbi qaravul düzülüb, yaylım atəşi açılıb. Tabutların büküldüyü 3 rəngli bayrağımız şəhidlərimizin ailə üzvlərinə verilib.
***
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən Kəlbəcər sakinləri bu gün Kəlbəcər rayonunda torpağa tapşırılacaq.
Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, Kəlbəcər rayonu Taxtabaşı kənd sakinləri 1948-ci il təvəllüdlü Əzizov Yusif İsmayıl oğlu, 1964-cü il təvəllüdlü Musayev Mehman Camal oğlu və 1939-cu il təvəllüdlü Qarayev Qafar Qəmbər oğlunun qalıqları 27.03.1993-cü ildə Kəlbəcər rayon Çıraqlı kəndi ərazisində aşkar edilib.
Şəhidlərin qalıqları Səhiyyə Nazirliyinin patoloji anatomiya birliyinin ekspertizası tərəfindən müəyyən edildikdən sonra ailəsinə təhvil verilib. Kəlbəcər rayon mərkəzində şəhidlərə vida mərasimi keçirilib. Mərasimdə şəhidlərin ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər içtirak ediblər.
Daşqın Güneyli
Ordu.az