Türkiyə Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyə Milli Akrobatika Qrupunun akrobatika eskadronu ("Türk ulduzları") Konya şəhərində keçirilən "Anadolu qartalı-2025 beynəlxalq təlimində çıxış edib.
Ordu.az "Report"a istinadən xəbər verir ki, aviasiya qrupuna daxil olan 6 "NF-5" qırıcısı təhlükəli manevrlər edərək izləyicilərə nümunəvi çıxışlar göstəriblər.
Qeyd edək ki, "Türk ulduzları" bir neçə dəfə Bakıda müxtəlif paradlarda, eləcə də 2022-ci ildə "Texnofest Azərbaycan" tədbirində "SoloTürk" qrupu ilə birlikdə uçuşlar həyata keçirib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Foto
Teqlər:
Türk-ulduzları
Anadolu-qartalı-2025