Ordu.az xəbər verir ki, Türkiyə istehsalı olan müasir xüsusiyyətlərə malik PUA-lar Liviya, İdlib, Qarabağ və ən son Ukraynada qabaqcıl hava hücumundan müdafiə sistemlərinin köhnəldiyini sübut edib.
Türkiyə PUA-larının üstün döyüş qabiliyyəti sayəsində bu platformalara tələbat sürətlə artıb və bu inkişaf Türkiyənin müdafiə ixracatını da artırıb.
Türkiyənin hərbi gücünü əks etdirən və bununla da həm çəkindirici, həm də bazarlıq gücünü artıran bu məhsullar həmçinin diplomatik əlaqələri gücləndirən yumşaq güc elementi rolunu oynayıb. Amma daha önəmlisi, bu vasitələrin Türkiyə ilə alıcılar arasında hərbi əməkdaşlıq modelinin qurulmasında strateji elementə çevrilməsidir.
Nəticə etibarilə, inkişaf etmiş ölkələrə qabaqcıl və futuristik platformaların ixracı imkanlarını nəzərə alsaq, Türkiyənin bu fürsətdən yararlanması və uzunmüddətli perspektivdə əsas təchizatçılardan birinə çevrilməsi ehtimalı yüksəkdir.
Ordu.az