ADEX: Türkiyə şirkəti radar əleyhinə kamikadze PUA-sını təqdim edib

2022/09/88-1662640382.jpg
Oxunub: 2847     16:31     08 Sentyabr 2022    
Türkiyənin “Lentatek” şirkəti “Kargı” radar əleyhinə kamikadze PUA-sını nümayiş etdirib.

Ordu.az xəbər verir ki, təqdimat Bakıda keçirilən ADEX sərgisində baş tutub.

Sistem Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları nəzərə alınmaqla hazırlanıb.

“Kargı” düşmənin bütün radar stansiyalarının və zenit-raket sistemlərinin məhv edilməsi üçün nəzərdə tututulub. PUA, eyni zamanda strateji əhəmiyyətli obyektləri məhv etmək qabiliyyətinə malikdir. Kamikadze PUA 6 saat davamlı olaraq səmada qala bilir və SATCOM rabitə sistemləri ilə idarə olunur.

PUA xüsusi kapsuldan buraxılır. Sistem ilk dəfə EFES-2022 beynəlxalq hərbi-texniki sərgisində nümayiş etdirilib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kargı   Lentatek   ADEX  


Bizi "telegram"da izləyin