ADEX: Türkiyə şirkəti “SFx Rival” tapançasını nümayiş etdirib

2022/09/33-1662638252.jpg
Oxunub: 7463     15:56     08 Sentyabr 2022    
Türkiyənin “Canik” şirkəti Bakıda keçirilən ADEX sərgisində “SFx Rival” tapançasını təqdim edib.

Ordu.az xəbər verir ki, model idman atıcılığı üçün nəzərdə tutulub.

Tapança METE SFx ilə eyni bazaya malikdir. Ən diqqətəlayiq təkmilləşdirmələr stilizəedilmiş barel və bolt dişləridir.

“SFx Rival” tənzimlənən arxa nişangaha və fiber optik ön nişangaha malikdir. Beləliklə, tapançanın manevr qabiliyyəti və hədəf təyinatı əhəmiyyətli dərəcədə artır.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADEX   Canik  


Bizi "telegram"da izləyin