Avstraliyalı hərbçilər beyin dalğaları vasitəsilə robot itlərə əmr verirlər

2022/06/1654847794.jpg
Oxunub: 2456     16:48     20 İyul 2022    
Avstraliya ordusunun hərbi qulluqçuları bu yaxınlarda beyin dalğaları ilə robot itlərə komanda verməyi nümayiş etdiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri yazıb.

Hərbi qulluqçular “Ghost Robotics” dördayaqlı robotu idarə etmək üçün Sidney Texnologiya Universiteti (UTS) tərəfindən hazırlanmış “HoloLens” ağıllı eynəkləri və qrafen biosensorundan ibarət konsoldan istifadə ediblər.

Başın arxasındakı qrafen biosensoru vizual korteksdən gələn beyin dalğalarını aşkar edir və gücləndirmə dövrəsinə siqnal verir, bu, Süni Zəka (SZ) dekoderi tərəfindən komandaya çevrilir və robota verilir.

Robotun əl konsolu ilə deyil, göz ilə idarə edilməsi əl ilə digər tapşırıqları yerinə yetirməyə imkan verir.

Avstraliya Müdafiə Nazirliyi layihə üçün Universitetə 1.2 milyon Avstraliya dolları (870.000 ABŞ dolları) ayırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Robot  


Bizi "telegram"da izləyin