Türkiyə-Pakistan-Azərbaycan geostrateji oxunda perspektivlər və BQ rəisinin gözlənilən səfəri

2021/03/122-9689072754.jpg
Oxunub: 8880     12:12     04 Mart 2021    
Son on ildə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyə müstəqil xarici siyasət yeritməyə başlayıb. Ərdoğan Türkiyəni Yaxın Şərqdə böyük sənaye mərkəzinə və hərbi gücə çevirməyi, həmçinin, güclü müsəlman ölkələrlə strateji əlaqələri inkişaf etdirməyi hədəfləyir.

Lakin xarici siyasətə bu cür müstəqil yanaşma NATO, xüsusilə Türkiyənin təhlükəsizlik sahəsində əsas tərəfdaşı olan ABŞ-la əlaqələrini zəiflətdi.

S-400 və F-35 qarşıdurmasında TF-X

Türkiyə Çindən raketdən müdafiə sistemi satın almaqdan imtina etməsindən iki il sonra 2017-ci ilin dekabrında ABŞ üçün qəbuledilməz olsa da, Rusiyanın S-400 Hava Hücumundan Müdafiə sisteminin alınması üçün təxminən 2,5 milyard dollar dəyərində müqavilə imzaladı. 2019-cu ildə Donald Trampın rəhbərlik etdiyi Administrasiya Türkiyəni F-35 qırıcı təyyarəsi layihəsindən çıxardı və Türkiyənin müdafiə şirkətləri ilə müqavilələrə məhdudiyyətlər qoydu. Ərdoğan hökuməti ABŞ-ın təzyiqlərinə baxmayaraq, S-400 razılaşmasının davam etdirilməsində israrlıdır. Hazırda rəsmi Ankara ABŞ-ın təzyiqi altında S-400 sisteminin ikinci partiyasının alınması və Moskva ilə birgə istehsal haqqında danışıqlar aparır.

ABŞ Türkiyənin “Patriot” batareyalarını almaq istəmədiyini iddia edir, Ankara isə Vaşinqtonun sistemin texnologiyasını paylaşmaqdan imtina etdiyini bildirib. Türkiyə qırıcı təyyarə və tank layihələri üçün mühərrik təmin etməyi qəbul etməyən Avropadakı NATO müttəfiqlərinə də acıqlıdır.

Bu həftə Ərdoğanın rəhbərliyi ilə keçirilən görüşdən sonra Türkiyənin müdafiə satınalmalarını həyata keçirən Müdafiə Sənayesi İdarəsi bildirdi ki, ölkənin müdafiə sənayesi sektoru “açıq və gizli embarqoların hədəfinə çevrilib”.

Açıqlamada qeyd edildi ki, Türkiyə yerli və milli sistemlər dizayn, inkişaf etdirmək və istehsal etmək əzmi ilə tamamilə müstəqil müdafiə sənayesinə sahib olmaq hədəfinə doğru inamla addımlar atacaq.

Çərşənbə axşamı “Bloomberg” agentliyi Türkiyənin Pakistanla birlikdə hərbi təyyarə və raket istehsal etməyi nəzərdən keçirdiyini bildirdi.

“Türkiyənin müdafiə və hökumət səlahiyyətliləri mütəmadi olaraq pakistanlı həmkarları ilə danışıqlar aparıblar. Danışıqların gedişi ilə tanış olan hər iki ölkədən olan insanların sözlərinə görə, Pakistanla hərbi texnikanın hazırlanması və istehsalı haqqında son diskussiya yanvarda yüksək səviyyədə baş tutub”, - deyə agentlik bildirib.

Agentlik yazır ki, Türkiyə nüvə gücünə sahib Pakistanı “Siper” uzun mənzilli ZRK sistemi layihəsi və TF-X döyüş təyyarəsini inşa etməkdə strateji müttəfiq və potensial tərəfdaş kimi görür. Məlumatlara görə, “Siper” həm təyyarələri, həm də ballistik raketlərin qarşısını alan uzun mənzilli, yüksək hündürlüyə malik “yer-hava” tipli raket sistemidir. TF-X layihəsi isə Türkiyənin müdafiə modernləşdirmə planlarının təməl daşı hesab olunur.

“Pakistanın müdafiə naziri Mian Məhəmməd Hilal Hüseyn dekabrda Türkiyənin ən yüksək vəzifəli şəxsləri, o cümlədən müdafiə naziri Hulusi Akara ilə görüşüb və müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib”, - deyə “Bloomberg” agentliyinin mənbələrə istinadən məlumatında bildirilir.

Türkiyə Prezidenti Pakistan ilə müdafiə layihələri üzrə əməkdaşlığın “çox ciddi potensialı”nı yüksək qiymətləndirib və son aylarda Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları görüşüblər. Pakistan Müdafiə Nazirliyinin katibi Mian Məhəmməd Hilal Hüseyn dekabrda Türkiyənin yüksək rəsmiləri, o cümlədən Müdafiə naziri Hulusi Akarla görüşüb və müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edib. Öz növbəsində Hulusi Akar da, Pakistan Müdafiə naziri, Hərbi Hava Qüvvələrinin rəhbəri və Baş Komandanı ilə də görüşüb, həmçinin Ərdoğanı ötən il Pakistana səfəri zamanı müşayiət edib.

TF-X (Turkish Fighter-Experimental) Türkiyənin F-16 döyüş təyyarələri parkını əvəzi etmək üçün nəzərdə tutulan stels (radarlarda görünməyən) texnologiyaya sahib cütmühərrikli döyüş təyyarəsidir. Türkiyə ABŞ-dan 240-dan az olmayan sayda F-16 qırıcısını alıb ki, bu da onu İsrail və ABŞ-dan sonra bu sinif üzrə ən böyük istismarçı edir.

TF-X layihəsi 2011-ci ildə başladılıb. Türkiyə qırıcıya yerli olaraq inkişaf etdirilmiş radar, raket və elektronika inteqrasiya etmək niyyətindədir. 2015-ci ildə Türkiyə TF-X-nin hazırlanmasına yardım etmək üçün Böyük Britaniyanın “BAE Systems” aerokosmik şirkətini seçdi. TF-X maketləri daxili silah yuvaları və mühərriklər üçün hava girişləri kimi “stels” xüsusiyyətlərə malik qırıcı kimi təqdim edilib.

Mühərrik problemi

Başlanğıcda, Türkiyə TF-X-in ilk prototipini 2023-cü ilə qədər uçuracağını və 250-ə qədər təyyarə istehsal edəcəyini açıqladı. Lakin, sınaq uçuşlarının keçirilməsi 2025-26-ya qədər uzadıldı. TF-X layihəsi təyyarənin ilkin partiyalarını gücləndirmək üçün xarici mühərrik seçimində irəliləmənin olmaması ilə ləngidi. Türkiyə layihə üçün yerli mühərrik inkişaf etdirməyi hədəfləyir.

Təyyarənin dizaynı başa çatana qədər mühərrik seçimi tələb olunur. 2017-ci ildə Türkiyənin “Kale Group” şirkəti “Rolls-Royce” şirkəti ilə TF-X üçün mühərrik hazırlanması üçün 139 milyon dollar məbləğində müqavilə bağladı. Rusiya, həmçinin TF-X mühərriklərinin çatdırılmasında Türkiyəyə yardım təklif edib.

Məlumatlara görə, TF-X qırıcısının hazırlanması və istehsalı təxminən 21 milyard dollara, o cümlədən yalnız inkişafı 7,3 milyard dollara başa gələcək.

Tərəfdaş axtarışında

2020-ci ildə Türkiyə Malayziyanı TF-X-in birgə inkişafına qoşulmağa dəvət etdi. Malayziya təyyarənin örtüyü üçün kompozit material istehsal etmək qabiliyyətinə malikdir.

O dövrdəki təklifdən danışan Türk Aerokosmik Sənayeleri (TAI) şirkətinin baş direktoru Təməl Kotil “Defence News”a açıqlamasında bildirib ki, Türkiyə İndoneziya, Pakistan, Banqladeş və Qazaxıstanı gələcək döyüş təyyarəsinin potensial tərəfdaşı və ya alıcısı olaraq görür.

“[TF-X] müsəlmanların ilk böyük döyüş təyyarəsi olacaq. Əvvəlcə təyyarəni düzəltmək və sonra satmaq dəbdədir. Lakin hesab edirik ki, bu mərhələdə tərəfdaşlar qazansaq daha yaxşı olar”, - deyə o qeyd edib.

Pakistanın Türkiyə və Malayziya ilə ittifaq yaratmaq cəhdi Səudiyyə Ərəbistanı tərəfindən narahatlıqla qarşılanmışdı və bunun İslam Əməkdaşlıq Təşkilatında (İƏT) birbaşa qarşıdurma yaradacağı düşünülürdü.

Hazırda Pakistan ilə Türkiyə arasında müdafiə münasibətlərinin genişləndiyi bir vaxtda analitiklər bunun yaxın gələcəkdə Pakistanın Birləşmiş Ştatlarla münasibətlərinə də təsir edə biləcəyini söyləyirlər.

Pakistan üzərindən Çinlə əməkdaşlıq

Sövdələşmə NATO üzvü olan Türkiyənin Çinin bəzi hərbi texnologiyalarına yaxınlaşmasına imkan verəcək. Pakistan Çin ilə JF-17 qırıcılarını istehsal edir və Çinin konstruksiyalarını özünün “Şahin” ballistik raketlərinə uyğunlaşdırır. Bu baxımdan, Türkiyənin Pakistanla müdafiə və hərbi səviyyədə əməkdaşlığı ilə yanaşı, JF-17 “Thunder” qırıcılarının bir hissəsi olması üçün də qapı açılacaq.

Silah ixracına qoyulan məhdudiyyətlər barədə suala cavab verən Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin hökuməti hərbi məhsulların ixracında həmişə ağlabatan və məsuliyyətli mövqe tutub və Çinin hərbi ixracının idarə edilməsi qanunlarına və qaydalarına, eləcə də beynəlxalq öhdəliklərinə ciddi riayət edir.

Pakistanla əməkdaşlığın aşkar məqsədi Türkiyəni Çinin bəzi hərbi texnologiyalarına yaxınlaşdırmaqdan ibarətdir. Çin onilliklər boyu Pakistan üçün əsas strateji havadar olaraq, İslamabada döyüş təyyarələri, raketlər, hərbi gəmilər, tanklar və sualtı gəmilər istehsal etməyə kömək edir.

Xatırladaq ki, 2013-cü ildə Türkiyə Çin şirkətinin uzun mənzilli ZRK-larının hazırlanması üçün seçildiyini elan etdi. Lakin 2015-ci ildə Türkiyə Pekinin bu layihə üçün texnologiyanı ötürmək istəməməsi, həmçinin NATO müttəfiqlərinin təzyiqi səbəbindən Çin ilə müqavilənin ləğv edildiyini bildirdi.

Çində artıq iki stels texnologiyaya malik qırıcı layihəsi var: istismarda olan J-20 və hələ inkişafda olan daha yüngül J-31 qırıcısı. Çin də təyyarə mühərriklərinin inkişafında da əngəllərlə üzləşsə də, Pekin döyüş təyyarələri üçün yerli mühərriklərin yaradılması üzərində çalışır.

Maraqlıdır ki, Pakistan da “Azm layihəsi” olaraq adlandırılan inkişaf mərhələsində olan “beşinci nəsil” qırıcı layihəsinə sahibdir. Bununla yanaşı, layihədəki irəliləyiş haqqında çox az məlumat var və Pakistanın iqtisadi və texnoloji məhdudiyyətlərini nəzərə alsaq, bu miqyaslı yerli layihə, çətin ki, işıq üzü görsün. Bu səbəbdən, Türkiyə tərəfindən əməkdaşlıq təklifi Pakistan üçün cəlbedici ola bilər.

Pakistan və Türkiyə arasında müdafiə sənayesində müəyyən əməkdaşlıq mövcuddur. Türkiyə Pakistan Hərbi Dəniz Qüvvələri üçün MILGEM sinfinə məxsus döyüş gəmiləri inşa edir və Ankara Pakistandan 52 ədəd “Super Muşşak” təlim təyyarəsi alıb.

Lakin Türkiyənin Çin hərbi texnologiyalarını qəbul etməsi, Ankaranın Qərb hərbi Alyansından daha çox uzaqlaşmasını istəməyən ABŞ-la yeni toqquşmalara səbəb ola bilər.

Pakistan BQ rəisinin Azərbaycana səfəri təsadüfi deyil

Azərbaycanla hər iki ölkənin arasında çox güclü müdafiə və hərbi əlaqələr mövcuddur. Azərbaycan, Türkiyə və Pakistan milli maraqlara dair məsələlərdə bir-birlərini dəstəkləməyə davam edirlər. Onlar ərazi bütövlüyü uğrunda müharibə apardıqda bir-birinə hərbi və diplomatik dəstək verirlər. Azərbaycan, Pakistan və Türkiyə Kəşmir, Kipr və Qarabağ kimi milli maraqlar mövzusunda müxtəlif beynəlxalq forumlarda bir-birlərini davamlı olaraq dəstəklədikləyirlər. Pakistanın Azərbaycan və Türkiyə ilə birgə ittifaqda yer alması, 2 qardaş dövlətdən 3 qardaş dövlətə keçid formulunun tətbiqi düşmənlərimizi narahat edir. Türkiyə və Azərbaycanın keçirdiyi təlimlərdə Pakistan dəfələrlə müşahidəçi qismində iştirak edib və bu il çərçivəsində birgə təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. Prezident Azərbaycanın Pakistandan hərbi avadanlıq almağa davam etmək istədiyini bildirib.

“Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq”, - deyə dövlət başçısı bildirib.

İlham Əliyev, həmçinin birgə hərbi təlimlər barədə danışıb: “Biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb”.

Nadim Raza Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə bildirib ki, azad edilmiş ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislər də iştirak etməyə hazırdırlar. “İki ölkənin hərbi sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün kifayət qədər geniş potensial mövcuddur”, - deyə general vurğulayıb.

Azərbaycan pilotların hazırlanmasında Pakistan istehsalı “Muşşak” təlim təyyarələrindən istifadə edir. İki dövlət arasında son aylarda həyata keçirilən görüşlərdə müdafiə sənayesində əməkdaşlıq və hərbi satınalmalar müzakirə edilir. Sözsüz ki, Azərbaycan Pakistandan JF-17 “Thunder” döyüş təyyarələrinin alınmasını da nəzərdən keçirir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pakistan   Türkiyə   Azərbaycan  

Türkiyə-Pakistan-Azərbaycan geostrateji oxunda perspektivlər və BQ rəisinin gözlənilən səfəri

2021/03/122-9689072754.jpg
Oxunub: 8881     12:12     04 Mart 2021    