Terror raketlərinin siyasi silah kimi istifadə olunması nə ilə nəticələnə bilər? - Kapitulyasiya (II YAZI)

2020/11/33332-1605419132.jpg
Oxunub: 19204     14:20     09 Mart 2021    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Hindistan təkcə ballistik raketlərdə deyil, həm də ənənəvi və qeyri-ənənəvi silahlarla Pakistan üzərində açıq bir üstünlüyə malikdir. Hindistanın ehtirasları, eyni zamanda şimala, Çinə doğru istiqamətlənib. Hindistanın “Agni-2” raketi Pakistan və Çinin istənilən yerini vurma qabiliyyətinə malikdir. “Heritage” fondunun eksperti Cek Spenser deyir ki, Hindistanın ən başlıca antaqonisti Pakistandır, halbuki Hindistanın Çinlə pozulmuş keçmişi olduğu üçün ballistik raketlərə sahib olmağa can atır.

Rumsfeld Komissiyasının hesabatında bu silahlanma yarışı haqqında deyilir: “Hindistan və Pakistan ABŞ-a düşmən deyil... Bununla birlikdə, qitədə nüvə müharibəsi ehtimalının xaricində, onların ballistik raketlərin və kütləvi qırğın silahlarının aqressiv, rəqabətçi inkişafı xüsusilə narahatlıq doğurur”. Bu narahatlıqlar raket texnologiyalarının yayılmasının davam etdirilməsi, Rusiya, Şimali Koreya və Çin ilə daha yaxın əlaqələr idi və onların imkanları regional tarazlığı poza bilər və ABŞ-ın Asiyanı sabitləşdirməsindəki roluna təsir edə bilər.


Həm Hindistan, həm də Pakistanın ballistik raket imkanlarını artırmağa davam edəcəyi ehtimalı yüksək olsa da, Hindistanın bundan sonrakı məqsədi Çin raket qabiliyyətini Şimala uyğunlaşdırmaq üçün bir çəkindirici qüvvə yaratmaqdır.

Çinin raket inventarı çox böyükdür və burada müzakirə edilmək iqtidarındadır. Çinin raketlərə dair niyyətləri bütün dünyada güc tarazlığı üçün vacibdir. Çin, dünyada üçüncü ballistik raket texnologiyasının əhəmiyyətli bir ixracatçısı və yayıcısıdır. Çin Orta Şərq, İran, Pakistan və Şimali Koreyada kimi bir çox ölkəyə “Skad” raketləri satıb. Bu raketlərin yenilənməsi üçün texnologiya da təmin edib və daha sonra M-9 və M-11 raketlərini bir neçə ölkəyə satıb.

Çinin DF-3 raketlərini Səudiyyə Ərəbistanına satması regionda İsrail ilə olan balansı və sabitliyi pozan bir hadisə idi, amma sonradan məlum oldu ki, raketlər az sayda satılıb və əsasən qeyri-dəqiqdir. Çin əhəmiyyətli bir ballistik raket texnologiyası transferində iştirak edir və bu silahların yayılmasını dayandırmaq üçün ABŞ tərəfindən davamlı təzyiq altındadır. Koks komitəsinin hesabatında, Çinin ABŞ-ın raket rəhbərliyi texnologiyasını və ABŞ-ın ən qabaqcıl termonüvə silahları haqqında məlumatları oğurladığına dair dəlillər mövcuddur. Daha əvvəl də bildirildiyi kimi, Çin də İran, Liviya, Şimali Koreya, Pakistan və Səudiyyə Ərəbistanı ilə raket texnologiyasını paylaşdı. Çin, yalnız hərbi sirr oğurlamasına görə deyil, həm də raket texnologiyası və sistemlərinin çoxalması səbəbindən ABŞ və müttəfiqləri üçün bir təhdiddir.


Rumsfeldin hesabatında qeyd olunurdu ki, Çinin 1996-cı ildə Tayvan aminstrasiyasında prezident seçkilərinə qədər Tayvanı qorxutmağa yönəlmiş raket atışları ABŞ ilə kəskin bir qarşıdurmaya səbəb olub.

Çin Tayvan istiqamətində balistik raketlər yerləşdirməyə davam edir, son kəşfiyyat məlumatlarına görə, təxmiən 400-ə yaxın raket yerləşdirilib.

Ayrıca Çin raket yerləşdirmələrinin, ən son CSS-7 qısa mənzilli raketlərinin, ildə 50 raket nisbətində Tayvanla qarşı-qarşıya qaldığını bildirir. Bu yeni yerləşdirmələr Buş Administrasiyasını “Aegis” hərbi gəmilərini Tayvana satmağa inandıra bilər. Çin ABŞ və müttəfiqləri üçün birbaşa ballistik raket təhdidi yaradır.

Bununla birlikdə, bu təhlükə, Şimali Koreyanın genişlənən ballistik raket proqramı və ABŞ-a qarşı ballistik raketlər atma qabiliyyətinin inkişaf etməsini də ehtiva edir. Hal-hazırda, Şimali Koreya çoxalma yolu ilə Cənubi Koreya və Yaponiya üçün ən böyük ballistik raket təhdidi yaradır. Prezident Buş Şimali Koreyanı terrorun yayılmasında roluna görə “şər oxu”nun üzvü kimi tanıyırdı. Şimali Koreyanın 1998-ci ildəki üç mərhələli “Taepo Dong” sınağı daha təhlükəli hesab olunurdu. Milli Kəşfiyyat Şurasına görə, Şimali Koreyanın sınaqdan keçirdiyi iki mərhələli “Taepo Dong-2” raketi Alyaska və Havaya partlayıcı yük daşıya, üçpilləli versiya isə ABŞ-ın istənilən yerinə zərbə vura bilər.

Şimali Koreya Suriyaya, Pakistana və Liviyaya “No-Dong” ixrac edirdi. Şimali Koreya iflasa uğrayan iqtisadiyyatı üçün möhkəm valyuta təmin etmək məqsədilə ixrac üçün orta və uzun mənzilli raketlər istehsal edir. Bundan başa Şimali Koreyanın qitələrarası ballistik raketləri də region üçün olduqca təhlükə ehtiva edir.


Şimali Koreya raketləri ilə bütün Cənubi Koreya və Yaponiya hərbi təsislərinə əhəmiyyətli dərəcədə ziyan vura bilər. 1998-ci ilin avqust ayında Şimali Koreya sınağı birbaşa Aleut adası zəncirindən Yaponiyanın üstünə bir raket atdı. Bu, yalnız Yaponiya üçün deyil, həm də ABŞ üçün birbaşa təhdid idi. Bu təxribat xarakterli hərəkət Şimali Koreya ordusunun gücünü nümayiş etdirərək və Yaponiyanın zəifliyini ortaya qoyaraq yapon xalqını qorxutmaq üçün hazırlanıb. Şimali Koreya kommunist rejimi, raket proqramını gücün bir simvolu, xarici sərt valyuta və investisiyalar mənbəyi, düşmənlərinə qarşı çəkindirmə və məcburiyyət diplomatiyası vasitəsi olaraq görür.

Rus raketlərinin yayılması və texnologiya transferi həyata keçirməsi ABŞ və müttədiqləri üçün əhəmiyyətli əhlükə yaratmağa davam edir. Rusiya ABŞ və müttəfiqləri ilə qarşı-qarşıya olan ən geniş ballistik raket arsenalına sahib ölkədir. Keçmiş Sovet dövlətləri ABŞ-a qarşı “dost” olsalar da, ABŞ-ın yeni Milli Raketdən Müdafiə sistemini tətbiq etməsi və 1972-ci il Raket Əleyhinə Müdafiə haqqında Müqavilədən çıxmaq niyyətində olduğuna görə iki ölkə arasında hələ də inamsızlıq və düşmənçilik mövcuddur. Rusiya siyasi qeyri-sabitliyi və raket qüvvələrinin yaşlanma vəziyyəti ilə təhdid edir. Rusiyanın iqtisadi vəziyyəti daha da pisləşərsə, hökumət qabaqcıl raket texnologiyasını xarici valyutaya satmağa meylli ola bilər.

İşsiz keçmiş Sovet raket texniklərinin İran, İraq və Hindistanda raket proqramlarında çalışdıqları bilinir. Bu onsuz da genişlənən yayılma problemini artırır və artan ballistik raket terroru təhlükəsini məhdudlaşdırmaq üçün diplomatik səyləri zəiflədir. Rumsfeld Komissiyası hesabatının nəticələrində qeyd olunur ki, Rusiya, ballistik raket texnologiyaları da daxil olmaqla, ABŞ-a düşmən olan ölkələrə imkan verən texnologiyaların əsas ixracatçısı olaraq ABŞ-ı təhdid edir. Xüsusilə Rusiyanın yardımı İranın ballistik raket proqramını xeyli sürətləndirdi. Balistik raketlərin çoxalması və təhdidi kütləvi qırğın silahları təhdidi olmadan bu raketlərin döyüş başlıqları qədər qorxulu və əhəmiyyətli olmayacaq.


Balistik raketin dağıdıcı qabiliyyəti kimyəvi, bioloji və ya nüvə başlığı ilə silahlandıqdan sonra əhəmiyyətli dərəcədə artır. Bir sıra tarixçilər Hitlerin əgər atom bombası olsaydı, ondan Britaniyaya qarşı istifadə etməkdə tərəddüd etməyəcəyindən əmindir. Ümumiyyətlə, bir ölkə ballistik raket arsenalına və KQS qabiliyyətinə sahib olduqdan sonra, o, artıq mülki və ya hərbi hədəflər üçün kütləvi qırğın təhdidi yaradır.

İraqın “Skad” raketlərinin Körfəz müharibəsində başlatdığı terror təsiri kimyəvi başlıq təhlükəsi ilə əhəmiyyətli dərəcədə artırıldı. Hindistan və Pakistan məsələsində hər iki ölkənin nüvə qabiliyyətli raketləri var və hər bir ölkə düşməni tərəfindən atılan hər hansı bir raketin nüvə qabiliyyətli olacağını düşünməlidir. Bu vəziyyətdə, hər bir ölkə potensial nüvə silahından istifadə edilmə təhlükəsindən çəkindiyi üçün heç bir tərəf bu silahdan istifadə etmir.

Bu çəkindirmə Uzaq Şərqdə, Yaxın Şərqdə və digər regionlarda mövcuddur. Əslində bu çəkindirmə tarazlıq yaradır və potensial kütləvi qırğınların qarşısının alınmasında önəmli rol oynayır.

2001-ci ilin oktyabrında Prezident Buş “şər oxu” nitqində üç ölkəni müəyyənləşdirdi: İran, İraq və Şimali Koreya. Bu ölkələrin hər üçü də ballistik raketlərə, kütləvi qırğın silahlarına sahibdir. İraq 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının müfəttişlərini qovduqdan sonra Rusiyadan kimyəvi və bioloji silah tədarükünü yenidən başlatdı və xarici tədarükçülər vasitəsi ilə Rusiyadan nüvə materialı satın almağa cəhd etdi.


İran Yaxın Şərqdə ən inkişaf etmiş ballistik raket proqramına sahibdir, bir çoxu kimyəvi-bioloji qabiliyyətə malikdir, nüvə proqramı və Buşehr reaktorları üçün Rusiyadan dəstək alır. İran Fələstinə də açıq silah tədarükü həyata keçirir.

Şimali Koreya Yaponiyaya doğru terror raketləri buraxması, kimyəvi, bioloji və gizli nüvə silahları proqramı ilə “şər oxu”nun üçüncü üzvü oldu. Hər biri ballistik raketlərə sahibdir.

Hitlerin “Fau-2”ləri döyüşlərdə istifadə edilən ilk ballistik raket idi. Kiçik döyüş başlığı, mənzili məhdud və yüksək keyfiyyətinin olmaması səbəbindən hərbi baxımdan əhəmiyyətsiz olsa da, Hitlerin mülki insanlara qarşı terror silahı kimi məqsədinə xidmət edirdi. Məqsəd Britaniyanın mülki əhalisini təslim olmağa məcbur etmək idi.

“Skad” raketi bundan təxminən yarım əsr sonra Körfəz müharibəsində hərbi silah olaraq eyni dərəcədə əhəmiyyətsiz idi. “Skad” hücumları “Fau-2”nin Londonda mülki şəxslərin əzmini qıra bilmədiyi kimi, Təl-Əviv və Riyaddakı mülki şəxslərin də əzmini qıra bilmədi. Bununla birlikdə, siyasi olaraq, İraq İsrail qüvvələrinin müdaxiləsinin qarşısını almaq üçün koalisiyanın sərf etdiyi siyasi və diplomatik səylər səbəbindən bir qədər müvəffəq oldu. Səddam Hüseyn “Skad” raketləri ilə Amerika və İsrail qüvvələrini vurmaqla dünya mediasının diqqətini çəkdi. O, Tehran əhalisini ruhdan saldıqda və zəif hökuməti müharibədə təslim olmağa müvəffəq olduqdan sonra yenidən uğur qazanacağını düşünürdü.

Raket Texnologiyalarına Nəzarət Rejimi ABŞ və müttəfiq ölkələri arasında 1987-ci ilin aprelində ballistik raketlərin yayılmasını məhdudlaşdırmaq üçün əldə edilmiş bir razılaşmadır. Kanada, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Yaponiya 300 kilometr və ya daha çox mənzilli raket sistemlərinin, komponentlərinin və texnologiyasının ötürülməsinə nəzarət edərək nüvə yayılması riskini məhdudlaşdırmağa razı oldular.


ABŞ 1993-cü ildə “Condor II” proqramını ləğv etmək üçün Argentinaya diplomatik təzyiq etdi. Çin 1997-ci ildə İranla nüvə əməkdaşlığını dayandırmağı vəd etdi. Şimali Koreya 1994-cü ildə Amerika, Yaponiya və Cənubi Koreyanın mazut idxalının zəmanəti və daxili enerji ehtiyacları ilə əlaqədar digər yardımlar müqabilində nüvə reaktorlarının tikintisini dayandırmağa razı oldu. Raketlərin yayılmasının qarşısının alınmasına dair bu diplomatik səylər gələcəkdə təhdidləri azalda bilər, lakin uyğunluqlarının yoxlanılmaması bu razılaşmaların faydalılığını azalda bilər.

Qarşılaşacağı hərbi məğlubiyyəti əvvəlcədən hiss edən dövlət başçıları ballistik raketlərdən terror silahı kimi istifadə etməyə davam edirlər. Yüksək partlayıcı raketlər yalnız məhdud hərbi məqsədlərə malikdir, bundan ancaq siyasi silah kimi istifadə etmək mümkündür. Onların effektivliyi hədəflənən mülki şəxslərin əzminə, hökumətin siyasi gücünə və liderliyinə, ölkənin özünü müdafiə etmə qabiliyyətinə bağlıdır.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq hərbi uğurlar qazanan və sonda qələbə çalan Azərbaycan ordusunun qarşısında aciz qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi də eyni metoddan istifadə etməyə cəhd etdi. Hitler “Fau-2” ballistik raketlərini Londona, Səddam Hüseyn “Skad” raketlərini Təl-Əvivə, Tehrana, Riyada, Paşinyan “Skad-B” raketlərini Gəncəyə tuşlayanda hər üçünün məqsədi eyni idi – xalqın əzmini qırmaq və hökumətlərinə müharibəni dayandırmaq üçün təzyiq göstərməyə məcbur etmək.

Hər üç avtoritar lider terror raketlərindən istifadə edərək siyasi qələbə qazanmağa çalışdı. Hitler ingilis xalqının və Britaniya dövlətinin gücünü qiymətləndirmədiyi kimi, Paşinyan da Azərbaycan xalqının və Azərbaycan dövlətinin siyasi iradəsini və əzmini düzgün qiymətləndirmədi. Nəticədə hər ikisinin taleyi eyni oldu – kapitulyasiya.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hitler   Səddam   Paşinyan   Fau   Skad  


Bizi "telegram"da izləyin