BQXK azərbaycanlının Ermənistana keçməsi xəbərini araşdırır

2020/06/1591985406.jpg
Oxunub: 11958     21:49     12 İyun 2020    
BQXK azərbaycanlının Ermənistana keçməsi xəbərini araşdırır. Bu gün Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının bu ölkəyə keçməsi barədə məlumat yayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) Ordu.az-a bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlanılır.

Qeyd olunub ki, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək, onlarla rəftarı və onların saxlanma şəraitini monitorinq etmək, həmçinin bu şəxslərə ailə əlaqələrini bərpa etmək üçün şərait yaratmaq, neytral humanitar təşkilat olan BQXK-nın mandatına aiddir.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BQXK  


Bizi "telegram"da izləyin