Aprel döyüşlərini araşdıran istintaq komissiyası işini yekunlaşdırıb

2020/04/11-1587455655.jpg
Oxunub: 13675     14:58     04 İyun 2020    
Bu gün Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran parlament istintaq komissiyası işğal altında olan Qarabağdakı qondarma qurumun keçmiş “rəhbəri” Bako Sahakyanla söhbət edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə komissiyanın üzvü Kristine Poğosyan məlumat verib.

O bildirib ki, Sahakyana 8 sual veriblər, bütün sualların cavablarını alıblar.

“Bu söhbətdən nəşr mövzusu olan məlumat yoxdur, vacibi Sahakyanın bütün suallarımıza cavab verməsidir, biz işimizi başa çatmış hesab edə və hesabatın hazırlanmasına keçə bilərik”, - deyə Poğosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   İstintaq  


Bizi "telegram"da izləyin