Qarabağda erməni əsgərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub

2020/06/1-105-1591190224.jpg
Oxunub: 15409     14:30     04 İyun 2020    
Xəbər verdiyimiz kimi, 2020-ci il iyunun 3-də, saat 13:50 radələrində işğal altında olan Qarabağın Madagiz-Ağdərə avtomobil yolunun 17 km hissəsində qanunsuz “hərbi birləşmə”nin “N” saylı hərbi hissənin balansında olan “Ural” markalı, hərbi nömrəli avtomobil hərbi təlimdən qayıdarkən yolun hərəkət zolağından çıxıb və aşıb.

Ordu.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi qəza ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qəza nəticəsində “Ural”ın arxa hissəsində olan məcburi müddətli erməni hərbi qulluqçu, sıravi əsgər Sarkis Masis Qulyan aldığı xəsarətlərdən ölüb, leytenant Abraham Tiqran Maruxyan, məcburi müddətli hərbi qulluqçular - kiçik çavuş Davit Armen Sarkisyan, sıravi əsgər Mikayel Samvel Vahanyan, sıravi əsgər Jirayr Viktor Manukyan, sıravi əsgər Arman Vahram Poğosyan və sıravi əsgər Artak Vardan Şekoyan müxtəlif bədən xəsarətləri ilə Ağdərə hərbi hospitalına yerləşdiriliblər.

Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 377-ci maddəsinin (avtomobilləri idarə etmək və ya istismar etmək qaydalarını pozmaq) 2-ci hissəsi ilə cinayət işi açılıb və istintaq aparılır.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza  


Bizi "telegram"da izləyin