Qarabağda erməni hərbçilər qəzaya düşdü - 1 ölü

2020/06/1-105-1591190224.jpg
Oxunub: 23114     17:15     03 İyun 2020    
İşğal altında olan Qarabağdakı qanunsuz "hərbi birləşmə"nin hərbi qulluqçularını daşıyan "Ural" markalı hərbi avtomobil aşıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, az öncə baş verən hadisə nəticəsində erməni hərbi qulluqçuların çoxu xəsarət alıb.

Məlumata görə, qəza nəticəsində qanunsuz "hərbi birləşmə"nin hərbi qulluqçusu 2001-ci il təvəllüdlü Sarkis Masis Qulyan ölüb, 4 hərbi qulluqçu isə tibb mərkəzinə köçürülüb.

Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-zabit   Qəza  


Bizi "telegram"da izləyin