Düşmən müdafiəsinin quruluşunun xüsusiyyətlərinə baxış - HƏRBİ EKSPERT (II YAZI)

2020/04/14-18-1586499053.jpg
Oxunub: 6544     14:38     10 Aprel 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Son günlər sosial mediada Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişə zonasının cənub hissəsində Ermənistan silahlı qüvvələrinə aid mövqelərin quruluşu və ümumiyyətlə müdafiənin təşkili üzrə yayılan videolar və məlumatlar geniş müzakirə mövzusuna çevrilib. Müxtəlif şəxslər tərəfindən bu müdafiənin xüsusiyyətləri, “alınmaz qala” obrazı, düşmənin ağıllı müdafiə qurması, düşmənin hiyləgər olması, səngərlərin çoxunun boş olması, hərbi sirrləri yaymamaq tövsiyyəsi, düşmən ön xəttindən arxadakı yüksək təpədə uzaq məsafəni dəqiq çəkən kameranın quraşdırılması, məlumatın dezinformasiya olması, bizim qoşunların hansı qaydada hücum etməli olduğu, düşməni aldatma tədbirləri, bizim qoşun növləri arasında koordinasiya tədbirləri, hərbiçilərdən hücum variantlarının istənilməsi və başqa fikirlər yazılır.

Bu müzakirələr bizi düşmənin cənub istiqamətində döyüş mövqelərini və müdafiənin eşelonlaşdırılmasını təhlil etməyə vadar etdi.

Təqdim olunan məlumatlardakı görüntülər, adətən yeni olmur. Çünki, bu şəkil “online” izləmə mənbələrindən alınmayıb, “Google Earth”dən götürülüb. Odur ki, bu məlumatlar ən azı bir neçə gün, bəzən isə həftələr, aylar, hətta illər öncəsinin vəziyyətini göstərir.

Düşmənin öz müdafiəsini yaranmış şəraitə uyğun qurub, müdafiənin aparılmasını isə elmi əsaslarla təşkil edəcəyi ehtimal olunur. Bu şəraitdə müdafiə təşkil etmiş düşmənə qarşı necə hücum etmək lazımdır? İndi isə bunları açıqlamağa çalışaq.

Əvvəl hücumun ümumi əsaslarına baxaq:

Hücum – briqadanın taktiki fəaliyyətlərinin əsas növlərindən biridir. O, düşməni darmadağın etmək və əhəmiyyətli rayonları (hədləri, obyektləri) ələ keçirmək məqsədilə keçirilir.

Briqadanın hücumunun məqsədlərinə bir sıra taktiki tapşırıqların yerinə yetirilməsi ilə nail olunur ki, onlardan da əsasları aşağıdakılardır:

- atəş üstünlüyünün qazanılması, düşmənin qoşunları və silahları idarəetmə sisteminin pozulmasında iştirak;
- düşmənin hava zərbələrinin dəf edilməsi;
- döyüş düzülüşü elementlərinin irəliləməsi və açılması;
- təyin olunmuş hücum zolağında (cavabdehlik zonasında) düşmənin darmadağın edilməsi;
- əks-həmlələrin (əks-zərbələrin) dəf edilməsi;
- hücumun inkişaf etdirilməsi;
- düşmənin əhəmiyyətli rayonlarının (hədlərinin, obyektlərinin) ələ keçirilməsi.

Düşmən müdafiəsinin hazırlıq dərəcəsindən, onun döyüş tərkibi və fəaliyyət xarakterindən, ərzinin xüsusiyyətlərindən və alınmış döyüş tapşırığından asılı olaraq hücum döyüşündə iki əsas fəaliyyət üsulu tətbiq oluna bilər:

- ardıcıl hücum;
- nüfuzedici hücum.

Cənub istiqamətində düşmənin qurduğu müdafiəyə qarşı daha çox uyğun gələn hücum növü – ardıcıl hücumdur. Lakin ardıcıl hücum üsuluna şəraitə uyğun müəyyən dəyişikliklərin və əlavələrin edilməsi daha etibarlı qələbə qazanmağa şərait yaradacaq.

Ardıcıl hücum üsulu – düşmənin hazırlıqlı müdafiəsinə qarşı əsasən düzənlik və təpəlik ərazilərdə tətbiq edilir. Bu üsulda briqadanın bölmələri təyin edilmiş hücum zolaqlarında bitişik cinahlarla bütün cəbhə boyu eyni vaxtda hücuma keçir və müdafiə olunan düşməni ardıcıl olaraq darmadağın etməklə dərinlikdəki mövqe və mühüm hədləri ələ keçirirlər.

Birinci eşelon briqadasına hücumun aparılması üçün hücum zolağı, yaxın və sonrakı tapşırıqlar, hücumun davam etdirilməsi istiqaməti təyin edilir.

Birinci eşelon briqadasının hücum zolağında:

- yaxın tapşırıq – düşmənin müdafiə olunan briqadasının (alayının) birinci eşelon bölmələrini darmadağın etməkdən və onun birinci mövqeyini ələ keçirməkdən;
- sonrakı tapşırıq – hücumu inkişaf etdirərək düşmən briqadasının (alayının) ikinci eşelon (ehtiyat) bölmələrini darmadağın etməkdən və onların mövqelərini ələ keçirməkdən ibarət ola bilər.

Hücumun davam etdirilməsi istiqaməti elə təyin edilir ki, düşmən ehtiyatlarının darmadağın edilməsi və hücumun birinci günü üçün göstərilmiş həddə çıxılması təmin edilsin.

Hücumun aparılması üçün briqadanın:

- döyüş düzülüşü;
- düşmənə atəşlə zərərvurma, hava hücumundan müdafiə və idarəetmə sistemləri yaradılır.

Hücumda briqadanın döyüş düzülüşü ibarətdir:

- birinci eşelon;
- ikinci eşelon və ya ümumqoşun ehtiyatı;
- artilleriya;
- hava hücumundan müdafiə bölmələri;
- tankəleyhinə ehtiyat və səyyar maneəqurma dəstəsindən.

Bundan başqa, briqadanın döyüş düzülüşünə daxil ola bilər:

- desant və diversiya əleyhinə ehtiyat;
- avanqard, dəstələr (ön, reyd, yandan keçmə, həmlə);
- taktiki hava desantı (gücləndirilmiş tabor və ya bölük tərkibində).

Düşmənin qurduğu müdafiənin xüsusiyyətlərini nəzərə alaraq, hücum zamanı əlavə və müvəqqəti yaradılan bəzi hücum elementlərinin təyinatını nəzərdən keçirək.

Desant və diversiya əleyhinə ehtiyat – düşmənin əraziyə endirilmiş taktiki hava desantının, hücum zolağında fəaliyyət göstərən diversiya-kəşfiyyat qruplarının və qanunsuz silahlı birləşmələrinin məhv edilməsi üçün nəzərdə tutulub. Bu tapşırıqlar müstəqil olaraq və ya döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə həyata keçirilir.

Ön dəstə – əhəmiyyətli hədlərin və obyektlərin (o cümlədən düşmən müdafiəsinin dərinliyində) tutulub saxlanılması və əsas qüvvələrin fəaliyyətlərinin təmin edilməsi üçün nəzərdə tutulub.

Reyd dəstəsi – düşmənin idarəetmə sistemini və təminatını pozmaq, onun ehtiyatlarına itki vermək, irəliləmə marşrutlarını kəsmək və kommunikasiyalarını sıradan çıxarmaq üçün nəzərdə tutulub.

Yandan keçmə dəstəsi – düşmənə arxadan və cinahlardan həmlələr etməklə ərazinin əhəmiyyətli rayonlarının (obyektlərin) ələ keçirilməsində əsas qüvvələrə yardım üçün nəzərdə tutulub.

Həmlə dəstəsi – düşmənin möhkəm (iri) müdafiə qurğularının (o cümlədən möhkəmləndirilmiş rayonda və yaşayış məntəqələrində), əhəmiyyətli obyektlərinin və dayaq məntəqələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

Avanqard – briqadanın əsas qüvvələrinin irəliləməsi və hücuma keçməsinin himayəsi (təmin edilməsi), təminat zolağında (ön mövqedə) müdafiə olunan düşmən bölmələrinin və geri çəkilən düşmənin məhv edilməsi və əsas qüvvələrin fəaliyyətinin təmin olunması üzrə digər tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Taktiki hava desantı – düşmənin darmadağın edilməsində əsas qüvvələrə yardım məqsədilə əsas zərbə istiqamətində səylərin artırılması, yüksək hücum tempinə nail olunması, düşmən ehtiyatlarının manevrinin qarşısının alınması (çətinləşdirilməsi), düşmən qoşunları və silahlarlarının idarəetmə sisteminin və təminatının pozulması üçün nəzərdə tutulub.

Briqadanın hücuma keçməsi dərinlikdən irəliləyərək və ya düşmənlə bilavasitə təmas vəziyyətindən həyata keçirilə bilər.

Cənub istiqamətində düşmən müdafiəsinin xüsusiyyətləri nəzərə alınaraq daha çox uyğun gələn hücum növü düşmənlə bilavasitə təmas vəziyyətindən həyata keçirilən hücumdur.

Bilavasitə təmas vəziyyətindən hücuma keçmə – bir qayda olaraq, düşmənin hazırlıqlı müdafiəsi üzərinə qabaqcadan yaradılmış döyüş düzülüşündə həyata keçirilir. Bu halda birinci eşelon briqadası və taborlar yenidən düzlənməni keçirdikdən və ya müdafiə olunan qoşunları dəyişdirdikdən sonra hücum üçün başlanğıc vəziyyəti tuturlar. Hücum üçün başlanğıc vəziyyət bölmələrin gizli yerləşdirilməsini və düşmənin atəş zərbələrindən qorunmasını, hücuma keçmək üçün əlverişli şəraiti və düşmənin pozucu həmlələrinə qarşı dayanıqlılığı təmin etməlidir.

Hücuma keçmə üsulundan asılı olmayaraq briqada hər zaman düşmənin hava zərbələrini dəf etməyə, onun bölmələrinə atəşlə zərər vurmağa və diversiya-kəşfiyyat qruplarını məhv etməyə hazır olmalıdır.

Yenidən düzlənmə – briqadanın hücum zolağında hücum üçün başlanğıc vəziyyəti tutmaq (döyüş düzülüşü elementlərinin təyin olunmuş rayonları tutması) məqsədilə briqadanın mövcud döyüş düzülüşünün dəyişdirilməsidir. Yenidən düzlənmənin niyyəti sadə olmalı, fəaliyyətlərin gizliliyinin təmin edilməsi və düşmənin aldadılması üzrə tədbirlərin də yerinə yetirilməsi ilə qısa müddətdə həyata keçirilməlidir.

Başlanğıc vəziyyət adətən təyin olunur:

- birinci eşelon briqadası üçün – birinci müdafiə həddində;
- birinci eşelon taborları üçün – birinci mövqedə;
- ikinci eşelon taborları üçün – ikinci mövqedə.

Həmlə – hücumun ən qətiyyətli və həlledici hissəsidir. O, motoatıcı və tank bölmələri (tabor taktiki qrupları) tərəfindən yüksək templə və dayanmadan həyata keçirilir.

Öz mina sahələrində keçidlər hücumun başlamasından əvvəl açılır. Əlverişli şəraitdə vəziyyət şərtləri buna imkan verirsə, öz mina sahələrimiz tamamən təmizlənir. Düşmən müdafiəsinin ön xətti qarşısındakı mühəndis maneələrindən keçidlər təyin edilmiş vaxtda atəş dəstəyinin himayəsi altında açılır. Hər hücum edən taqıma bir keçid açılır. Piyada düzülüşündə hücum edən şəxsi heyət trallarla təmin edilmiş tankların arxasınca, onların tırtıllarının izi ilə mina sahələrini rəf edirlər. Bütün tank və PDM-lər mina tralları ilə təmin olunmadıqları halda, düşmənin mina sahələrində hücum edən hər bölüyə ən azı bir-iki keçid açılır ki, tralı olmayan silah və hərbi texnika mina sahəsindən keçə bilsin.

Hücumda briqadanın əsas komanda məntəqəsi birinci eşelonun taborlarının arxasında qabaqcadan açılır və briqada irəlilədikcə sutkada 2-3 dəfə yerini dəyişir. Komanda məntəqəsinin yaşama davamlılığını təmin etmək üçün ehtiyat açılma rayonları hazırlanır.

Briqadanın döyüş imkanları verilmiş hücum tapşırığını uğurla yerinə yetirməni təmin etməlidir. Hücum döyüşündə briqadanın döyüş imkanları atəşlə zərərvurma imkanları, zərbə qüvvəsi və manevr göstəricilərindən ibarətdir.

Briqadanın döyüş imkanları asılıdır:

- şəxsi heyətin sayı;
- şəxsi heyətin döyüş hazırlığının səviyyəsi və mənəvi-psixoloji vəziyyəti;
- silah və texnikanın mövcudluğu və vəziyyəti;
- komandir və qərargahların qoşunları idarəetmə məharəti;
- briqadanın təşkilat strukturu;
- döyüşün hərtərəfli təminatının vəziyyəti;
- düşmənin texniki təchizatı, onun müdafiə xarakteri;
- ərazi və hava şərtlərindən.

Hücumun hazırlanması aşağıdakılardan ibarətdir:

- hücumun təşkili;
- idarəetmə orqanları və bölmələrin hücuma hazırlanması;
- briqadanın vəzifəli şəxslərinin tabelikdəki bölmələrdə praktiki işi, onlara nəzarət və köməkliyin göstərilməsi;
- hücum üçün başlanğıc rayonun (vəziyyətin) tutulması və onun mühəndis cəhətdən hazırlanması, irəliləmə marşrutlarının və açılma hədlərinin hazırlanması.

Hücumun təşkili ibarətdir:

- hücumun planlaşdırılması (qərarın qəbul edilməsi (niyyətin, döyüş tapşırıqlarının, qarışılıqlı əlaqənin, hərtərəfli təminatın və idarəetmənin əsaslarının müəyyən edilməsi), planlaşdırmanın başa çatdırılması);
- bölmələrə döyüş tapşırıqlarının verilməsi;
- ərazi kəşfinin keçirilməsi;
- qarşılıqlı əlaqənin təşkili (atəşlə zərərvurmanın, hərtərəfli təminatın və idarəetmənin təşkili).

Hücuma çevik qərar qəbuletmə prosesi dörd mərhələdən ibarətdir:

1. Tapşırığın alınması və aydınlaşdırılması.
2. Vəziyyətin qiymətləndirilməsi.
3. Qərar qəbuletmənin başa çatdırılması.
4. Planlaşdırmanın başa çatdırılması, döyüş əmrinin və sərəncamların verilməsi.

Briqadanın marağında onun hücum zolağında böyük rəisin qüvvə və vasitələri ilə nəzərdə tutula bilər:

- aviasiyanın və raket qoşunlarının zərbələri;
- ərazinin məsafədən minalanması;
- artilleriya atəşləri;
- tankəleyhinə ehtiyatın açılması və səyyar maneəqurma dəstəsinin ərazini minalaması.

Hücum zolağında ardıcıl hücum üsulunun tətbiqi zamanı hücumun atəş hazırlığı keçirilir və briqadanın bölmələri bütün cəbhə boyu eyni vaxtda hücuma keçirlər.

Düşmənə atəşlə zərərvurmanın nəticələrindən istifadə edərək motoatıcı və tank bölmələri təyin olunmuş vaxtda düşmənin birinci səngərini həmlə ilə ələ keçirir, taqım dayaq məntəqələrindəki canlı qüvvəsini və atəş vasitələrini məhv edir, sürətlə birinci eşelon bölük dayaq məntəqələrinin dərinliyinə irəliləyirlər. Sonra hücumu cinahlara və dərinliyə inkişaf etdirir, qarşısındakı düşməni və onun ehtiyatlarını məhv edir, birinci müdafiə mövqeyinin dərinliyində mühüm rayon və hədləri ələ keçirirlər. Düşmən müdafiəsində yaranmış boşluqlardan istifadə olunaraq irəliyə kəşfiyyat orqanları göndərilir.

Əgər düşmən inadlı müqavimət göstərərsə, ona yuxarı komandanlığın güc və vasitələri ilə tək atəş zərbələri vurulur. Aviasiya zərbələri və artilleriyanın atəş basqınlarından əvvəl və ya onlarla birgə növbə ilə yüksək dəqiqlikli döyüş sursatları tətbiq edilə bilər.

Düşmən əks-həmləsinin dəf edilməsi üçün briqadanın birinci eşelon qüvvələrinin bir hissəsi ayrılır, ehtiyac olduqda briqadanın tankəleyhinə ehtiyatı və səyyar maneəqurma dəstəsi cəlb edilir. Bölmələr əks-həmlə edən düşmənə əlverişli hədlərdən atəşlə zərər vurur, onun bölmələrimizin döyüş düzülüşünə soxulmasına yol vermir və həmlə ilə onu darmadağın edirlər. Briqadanın əsas qüvvələri hücumu düşmən müdafiəsinin dərinliyinə inkişaf etdirərək birinci müdafiə mövqeyində onun darmadağın edilməsini başa çatdırırlar.

Əldə edilmiş müvəffəqiyyəti inkişaf etdirmək məqsədi ilə briqada səylərini artırır, atəşi düşmənin ikinci eşelonu və ehtiyatları üzərində cəmləşdirir, ikinci eşelonu (ümumqoşun ehtiyatını) döyüşə yeridir, düşmən müdafiəsinin dərinliyinə taktiki hava desantı endirir, müdafiədə yaranmış boşluqlardan istifadə edərək ön və (və ya) reyd dəstələri ilə düşmənin cinahlarına və arxasına manevr həyata keçirir.

Düşmənin briqada (alay) ehtiyatlarına öndən və cinahlardan həmlələr etməklə onların darmadağın edilməsini başa çatdırır və hücumu dərinliyə inkişaf etdirir.

Hücum edən bölmələrin arxasında qalan, dayaq məntəqələrindəki və müqavimət nöqtələrindəki düşmənin məhv edilməsi ikinci eşelonun (ümumqoşun ehtiyatının) gücü ilə həyata keçirilir.

İkinci eşelon (ümumqoşun ehtiyatı) döyüşə yeridilmə həddinə döyüşqabağı düzülüşdə irəliləyərək döyüş düzülüşünə açılır, hərəkətdən birbaşa düşmənə həmlə edir və verilmiş tapşırığı yerinə yetirir.

Düşmən uzunmüddətli müdafiədə olduğu üçün onun müdafiəsində möhkəmləndirilmiş rayonun elementləri də var. Hücumun təşkilində bu da mütləq nəzərə alınmalıdır.

Möhkəmləndirilmiş rayonun rəf edilməsi adətən, onun yanından keçilməsi mümkün olmadıqda həyata keçirilir. Bu fəaliyyət hərtərəfli hazırlıqdan sonra, səylərin ensiz sahələrdə cəmləşdirilməsi yolu ilə icra edilir. Briqadaya daha ensiz hücum zolağı təyin edilir və tapşırıqlar daha az dərinliyə qoyulur.

Briqadanın döyüş düzülüşü dərinliyə eşelonlaşdırılır. Həmlə dəstələri və həmlə qrupları yaradılır, motoatıcı bölmələr çoxlu sayda tanklarla və artilleriya ilə, habelə odsaçan və mühəndis bölmələri ilə gücləndirilir.

Həmlə dəstəsi – motoatıcı tabor tərkibində yaradılır və tank, artilleriya, hava hücumundan müdafiə, tankəleyhinə idarəolunan raket, odsaçan və mühəndis bölmələri ilə gücləndirilir. Həmlə dəstəsi həmlə qruplarına bölünür.

Həmlə qrupu – uzunmüddətli atəş nöqtələri və digər mühüm qurğuların təcrid və məhv edilməsi üçün nəzərdə tutulmuş gücləndirilmiş motoatıcı bölük tərkibində yaradılır.

Möhkəmləndirilmiş rayonun rəf edilməsi qərarında briqada komandiri adi məsələlərlə yanaşı əlavə olaraq müəyyən edir:

- uzunmüddətli atəş nöqtələri və digər mühüm qurğuların əvvəlcədən aşkar edilməsi (ehtiyac olduqda isə həm də qabaqcadan dağıdılması) qaydası, onların dağıdılaraq məhv edilməsi üsulları;
- həmlə dəstəsinin tərkibi və tapşırıqları.

Möhkəmləndirilmiş rayonun rəf edilməsi zamanı düşmənin uzunmüddətli atəş qurğuları dağıdılır və susdurulur, mühəndis maneələrindən keçidlər açılır, bəzi hallarda tək atəş zərbələrindən öncə kəşfiyyat-atəş fəaliyyətləri gedişində uzunmüddətli atəş nöqtələri və digər mühüm qurğuların qabaqcadan aşkar edilərək dağıdılması həyata keçirilir.

Ərazidə hazırlanmış mühəndis qurğularının saxta və ya həqiqi olması dəqiqləşdirilməlidir. Müdafiənin təşkili zamanı aldatma tədbirlərinin tərkib hissəsi olaraq saxta mövqelərin hazırlanması da planaşdırılır. Döyüş başlayana qədər döyüş düzülüşündə dəyişikliklər baş verə bilər. Ona görə də vəziyyətin qiymətləndirilməsi nəticəsi olaraq qərar qəbul edilir, döyüş tapşırıqları isə döyüşün gedişində ehtiyac oluqda sərəncamlar vasitəsi ilə dəqiqləşdirilir.
Beləliklə ərazidə göstərilənlərin hamısı həqiqi olsa belə, müdafiənin quruluşunda qeyri-adi heç nə yoxdur, əraziyə və qarşı tərəfin hücum xarakterinə uyğun qurulmuş müdafiədir. “Ön xətt” kimi adlandırılan, təmas xəttinə ən yaxın olan tranşey əslində döyüş mühafizəsidir. Ön mövqeyi (döyüş mühafizəsi) olan çoxeşelonlu müdafiədə bütün mövqelərdə qüvvələrin nəinki daimi döyüş vəziyyətində olmasına ehtiyac yoxdur, hətta bu yolverilməzdir. Uzun sürən atəşkəs dövründə bu, qüvvələrin döyüş qabiliyyətinin itirilməsinə gətirib çıxarar. Qüvvələr cəmləşmə və ya daimi yerləşmə rayonarında saxlanılır, təyin olunmuş qaydada qısa müddətdə öz mövqelərini tuturlar. Qarşı tərəfin hücumu zamanı döyüş mühafizəsindəki qüvvələr öz tapşırıqlarını yerinə yetirdikdən sonra əvvəldən hazırlanmış əlaqə yolları ilə geriyə şəkilir. Geriyə şəkilmə yolları isə əvvəldən hazırlanmış vasitələrlə (mina və ya digər vasitələrlə) bağlanır.

Qarşısında mina sahələri qurulmuş mövqelər düşmənin ön xəttidir, əsas qüvvələr də bu mövqedə müdafiə tapşırığı yerinə yetirir.

Düşmən müdafiəsinin dərinliyində göstərilmiş artilleriya, 2-ci eşelon, ehtiyatlar, anbarlar və digər elementlər klassik üsulla qurulmuş müdafiənin tərkib hissələridir. Adi qaydada qurulmuş eşelonlaşdırılmış müdafiədir. İstənilər müdafiədə geri çəkilmə zamanı hər mövqedə müdafiənin təşkili planlaşdırılır.

Bizim qoşunların hücumu zamanı “sürprizlərlə” qarşılaşacağı fikri də şişirdilib. İstənilən döyüşün təşkili zamanı döyüş modelləşdirilir. Düşmənin təminat zolağında (ön mövqeyində, döyüş mühafizəsində) tapşırıq yerinə yetirən qüvvələri ilə döyüşmək üçün qüvvələr ayrılır. Bu qüvvələr öz tapşırıqlarını yerinə yetirdikdən sonra əsas qüvvələr döyüşə girir. Döyüşün gedişində daimi aparılan kəşfiyyat nəticəsində qoşunlar idarə olunur, bölmələrlə və atəşlə manevrlər yerinə yetirilir.

Döyüşün nəticəsi qüvvələrin döyüş imkanlarıdan, tərəflərin fəaliyyətinin planlaşdırılmasından, qüvvələrin düzgün idarə olunmasından asılıdır.

Nəticə:

1. Sosial mediada yerləşdirilmiş məlumatlar real vəziyyəti tam əks etdirməyə bilər. Çünki bu məlumatları mənbələr uzun müddət əvvəl alınan peyk şəkiləri əsasında verir. Məlumatlar real vəziyyəti əks etdirsə belə, həmin vəziyyət qısa müddətdə dəyişdirilə bilər və hücumun planlaşdırılmasında etibarlı məlumat sayılmaz.

2. Heç bir müdafiə “keçilməz” deyil. Hücumun planlaşdırılması zamanı bütün fəaliyyətlər nəzərə alınır, döyüş modelləşdirilir. Uğurla təşkil olunmuş hücum həmişə qələbəyə aparır. Müharibənin hədəflərinə əsasən hücumla nail olmaq olur.

3. Sosial mediada belə məlumatların yerləşdirilməsi və müzakirəsində məxfiçilik qaydalarına əməl olunmalıdır. Məxfi məlumatlar verildikdə isə dərhal silinməlidir. Xüsusilə də hərbiçilərin rəy bildirməsi məxfilik rejiminin pozulmasına və düşmən xüsusi xidmət orqanlarının məlumat toplamasına gətirib çıxara bilər, çünki hərbiçinin rəyi ya aldığı təhsilin, ya da hər hansı planın göstəricisi ola bilər.

4. Dağlıq Qarabağda və ətrafında baş vermiş döyüşlərin analizi onu göstərir ki, düşmən əsasən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti boyunca yerləşən mövqeləri, eləcə də ərazinin strateji və əməliyat əhəmiyyətli hissələrini əldə saxlamağa daha çox çalışıb. Həmin istiqamətlərdə əsasən “mövqe müdafiəsi” qurub. Cənub istiqamətində isə düşmən daha çox “aktiv müdafiə” növündən istifadə edib. Ona görə döyüş mühafizəsi yaradıb, dərinliyə eşelonlaşdırılmış hədlər və əks-həmlələr hazırlayıb, geriyə çəkilərək və manevr keçirməklə ərazinin müəyyən hissəsinin müvəqqəti itirilməsi hesabına bizim hücum edən qüvvələri taktiki torbaya cəlb etmək və güclü ehtiyatların zərbəsi ilə onu məhv etməyi planlaşdırıb. Bunun üçün döyüş mühafizəsi və birinci eşelona mümkün qədər az qüvvə ayırıb, əsas qüvvələri isə ehtiyatın tərkibində sarsıdıcı əks-həmlənin (əks-zərbənin) keçirilməsinə cəlb edib. Qüvvələrimizin hücumu zamanı bunlar və digər çoxsaylı məsələlər mütləq nəzərə alınacaq.

Mənbə:

Taktika və əməliyyat məharəti fənni üzrə briqada hazirliği üçün mühazirələr toplusu, Bakı 2017.

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Düşmən müdafiəsinin quruluşunun xüsusiyyətlərinə baxış - HƏRBİ EKSPERT (II YAZI)

2020/04/14-18-1586499053.jpg
Oxunub: 6545     14:38     10 Aprel 2020    