Şəhid hərbi qulluqçumuzun medalı atasına təqdim edilib – FOTOLAR

2019/06/65314-1561795497.jpg
Oxunub: 2854     11:55     29 İyun 2019    
Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu 2000-ci il təvvəllüdlü, Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından, Müdafiə nazirinin əmri ilə ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə Görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani və Gədəbəy rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev medalı şəhidin atası Vüqar Xəlilova təqdim edib.

Şəhidin atası Vüqar Xəlilov bildirib ki, oğlunun şəhid olmasına görə üzülmür.

“Oğlumun şəhid olması məni övlad itkisi kimi incitsə də niyə öldüyü məni üzmür. Oğlum ölümün də şərəflisinə layiq oldu. Şəhid olmaq hər kəsə nəsib olmur. Şəhidlik Allah məqamında ən uca yerlərdəndir. Mən oğlumun dəfnində də demişəm, yenə deyirəm ki, bu gün mən də əlimə silah alıb torpaqlarımızın işğaldan azad edilməsi üçün son damla qanıma qədər vuruşmağa hazıram. Elşən ölmədi. Elşənlər ölmədi. Biz varıq, bizim övladlarımız da var.

Oğluma göstərilən diqqətə görə də cənab Ali Baş Komandan başda olmaqla Müdafiyə Nazirliyinin komandir və şəxsi heyətinə dərin minnətdarlığımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə Xəlilov diqqətə çatdırıb.

Daha sonra Elşənin döyüş yoldaşları onun şəhadətə ucaldığı ana qədər keçdiyi döyüş yolundan danışıblar: “Elşən və onun simasında bütün şəhidlərimizin qisası alınır. Elşənin şücaəti nəticəsində düşmənin təxribatı uğurla dəf edildi. Bundan sonra da vətənin mühafizəsi və müdafiəsi etibarlı əllərdədir”.

Tədbirin sonunda "Səninlə Fəxr Edirik Azərbaycan Əsgəri" adlı kitab əsgər və zabit heyətinə hədiyyə edilib.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Şəhid   Medal  

Şəhid hərbi qulluqçumuzun medalı atasına təqdim edilib – FOTOLAR

2019/06/65314-1561795497.jpg
Oxunub: 2855     11:55     29 İyun 2019    