Bu barədə ötən gün "Şant" televiziyasına verdiyi müsahibədə Ermənistan müdafiə naziri Vigen Sarkisyan bildirib.
2016-cı ildə Ermənistanda təhlükəsizlik və müdafiə məsələlərinin "səmərəli" həllinə mənfi təsir göstərən belə bir vəziyyət özünü aşkar biruzə verdi. Baş verən intizamsızlıq aprel döyüşlərində düşmənin komandanlıq heyəti tərkibində öz başıpozuqluğunu real olaraq göstərdi.
Vigen Sarkisyan bildirib ki, həm Hakopyanla, həm də Sarkisyanla münasibətləri olduqca "parlaqdır". Vigen Sarkisyan nazirlik tərkibində Hakopyanla böyük tonda baş verən danışıqlarını pərdələyərək, onların, həmçinin baş nazir və hakim Respublikaçıların böyük əksəriyyətinin vahid bir komanda altında olduqlarını və onlar arasına bəzi şəxsi ziddiyyətlər axtarmağın əxlaqsızlıq olduğunu bildirib.
Daxili siyasi vəziyyət ətrafında danışarkən Vigen 2018-ci ildə baş nazirin kim olacağı barədə suala cavab verməyib.
"Bu məsələdə qeyri müəyyənlik var. Serj Sarkisyanın son müsahibəsindən sonra isə bu məsələ daha da dərinləşdı", - deyə Vigen özü də istəmədən siyasi rəhbəlik arasında münasibətlərin dərinləşdiyini etiraf edib.
Bu vaxtadək Serj Sarkisyan özünü bu və ya digər vəzifədə görərək daha ciddi cavablar verirdisə, son müsahibədə bu baş vermədi. Əlavə edəki, jurnalistin sualı baş nazir olmaq haqqında deyil, umumiyyətlə siyasətdə qalmaq haqqında idi.
Hakim böyük əksəriyyəti nəzərə alaraq Serj Sarkisyanın bu barədə vaxtından əvvəl aşıqlama vermək istəmədiyi barədə fikirlrə var.
Bundan başqa Serj Sarkisyanın özünün baş nazir olacağını nəzərə alsaq bu şişirdilmiş hal deyil. Daha çox ehtimal olunan odur ki, heç Sarkisyanın özünündə bu barədə bir qərarı yoxdur və qeyri-müəyyənlik hökm sürür. Onun xaricdən olacaq qərarı və ya "Dabro"nu gözləməsi barədə fikirləri də həqiqətdən uzaq deyil.
Hazırda belə bir şey yoxdur, müxtəlif xidmətlər göstərərək hakimiyyəti qoruyub saxlamaq üçün, Ermənistan hakimiyyəti Serj Sarkisyanın rəhbərliyi altında qərarlar qəbul edilməsi hüququnu çoxdan xarici himayədarlarına təhvil verib. İndi isə hakimiyyətə keçmək çərçivəsində xarici zəmanətlər olmadan qərarlar qəbul etmək mürəkkəb və risklidir.
Hazırda Ermənistanın hakimiyyət qanunvericiliyi yeni konstitutsiyaya uyğunlaşdırılmaqla məşğuldur. Bu baxımdan bəzi qanunlarla bağlı baş verən qalmaqallar onu göstərir ki, hakimiyyətin gələcək bölgüsü üçün sadəcə bir cəhd edilir. Xüsusən də hüquq və müdafiə sahələrinin qanunvericilikləri və bu sahədə hakimiyyət bölgüsü aktualdır.
Yəni siyasi və dövlət quruculuğu işləri ilə yox, böyük əksəriyyət hakim qruplaşmalar arasında münasibətlərin aydınlaşdırılması ilə məşğul olur. Bu fəaliyyət xarici zəmanətlərin olmadığı şəraitdə daha da sərtləşəcək.
Başqa məntiq sadəcə görünmür. Qısa vaxtda Ermənistan hakimiyyətinin xüsusi dayaqlarından birinə çevrilən Vigen Sarkisyan deyir ki, bir komandadırlar və fikir ayrılıqları yoxdur. Belə olan halda və mövcud reallıqları nəzərə alaraq, o, faktiki olaraq yuxarıda qeyd olunan vəziyyəti təsdiq edir.
Vay o ölkənin halına ki, orada xaricdən veriləcək qərarı gözləyən, qanunvericiliyi dövlət maraqlarına uyğun yox, hakim qruplaşmanın ehtiyaclarına görə formalaşdıran, kəmiyyət və ya keyfiyyət baxımından "komanda" hakimiyyəti var, lakin idarəetmə qaydalarının dəyişdirilməsinə bir neçə ay qalmış baş nazir haqqında qərarı yoxdur.
Alpər Mövluoğlu
Ordu.az