"Vigen-Sarkisyan" sözünə uyğun 222 nəticə tapıldı!

“Apreldə kəşfiyyat məlumatları verilsə də, Sarkisyan heç bir tədbir görmədi” – Avedisyan

2019/03/timth-1553850740.jpg
Oxunub: 889     16:11     29 Mart 2019    
“Aprelin əvvəllərində kəşfiyyat erməni hakimiyyətini Azərbaycan tərəfinin hücuma hazırlığı barədə iki dəfə məlumatlandırsa da, hakimiyyət bunu diqqətə almayıb”.

Ordu.az “İrates”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin sabiq rəisi Vardan Avedisyan bildirib.

Nəşrin məlumatına görə, Avedisyan aprelin əvvəllərində kəşfiyyatın erməni hakimiyyətini guya Azərbaycan tərəfinin hücuma hazırlığı barədə iki dəfə məlumatlandırmasına baxmayaraq, Sarkisyan heç bir addım atmayıb.

Qeyd edək ki, Serj Sarkisyanın doğulduğu Tex kənd sakini, adı bir vaxtlar Sünik vilayət rəhbərliyinə namizəd şəxs kimi dolaşan, “Yeni Ermənistan Yeni din xadimi” hərəkatının aparıcılarından olan, həmçinin keçmiş nazir Vigen Sarkisyanın vəzifədən azad etmək istədiyi, son məqamda isə Serj Sarkisyanın atası Azadla yaxşı əlaqələri hesabına nazirin müşaviri olan Vardan Avedisyan, MN-in ictimaiyyətlə əlaqələr idarəsinin bəzi vaxtlar rəisi olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: