Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, praktiki təlimlər zamanı hərbi mühəndislər, taktiki, xüsusi, atəş hazırlığı, ərazinin mürəkkəb yüksək dağ qayalıqları ərazisində hərbi texnikanın idarə edilməsi məharətini öyrənirlər.
Təlimlərə 100-dən artıq hərbi qulluqçu və 50 ədədə qədər xüsusi hərbi texnika cəlb edilib. Rusiya hərbi birləşməsinin mühəndis qoşunlarının bölmələrinin hazırlığı əsas fənnlərdən test yoxlamaları, maneələrin və əngəllərin xüsusi zonasının dəf edilməsi ilə yekunlaşacaq.
Alpər Mövludoğlu
Ordu.az