Ermənistan ordusunda fərarilik, "dedovşina" halları - FAKTLAR

2017/12/cebhe-ermeni-(4)23423_1511431220345345_1513682275.jpg
Oxunub: 496     19:15     19 Dekabr 2017    
Ermənistan və işğal altında olan Qarabağda erməni hərbçilər arasında fərarilk və "dedovşina" halları durmadan artır.

Ordu.az xəbər verir ki, bu günlərdə məlum olub ki, düşmən ordusunun Armen adlı zabiti və Miran adlı əsgəri xidmətdən yayınmaq məqsədilə döyüş mövqeyini tərk ediblər.

Azərbaycanın Ağdərə yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun bölmələrindən birində isə hərbi hissənin tibb məntəqəsindən çıxarılaraq döyüş mövqeyinə təyin edilən Sergey Asatryan da posta qalxmaqdan imtina edərək xidmət yerini özbaşına tərk edib.

Başqa bir bölüyün əsgəri Armen Vaçoyan isə məzuniyyətdən geri qayıtmayıb. Hərbi xidmətdən yayınan hərbçilər barədə axtarış elan edilib, barələrində cinayət işi açılıb.

Daha bir hadisə Azərbaycanın Hadrut yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun bölmələrindən birində qeydə alınıb.

Belə ki, Tiqran Qasparyan adlı erməni əsgər xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Onurğa sütunundan zədə alan hərbi qulluqçu T.Qasparyanın vəziyyəti ağırlaşdığından Xankəndindəki hərbi hospitala yerləşdirilib. Bu hadisə həmişə olduğu kimi yenə də Ermənistan müdafiə nazirliyi tərəfindən ictimaiyyətdən gizlədilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fərarilik   Erməni-ordusu   Dedovşina