Ermənistanda zabit rütbəsi saxta diplomlara əsasən verilir

2017/12/1512384927_sarkisyan-ordu23423_1513675523.jpg
Oxunub: 500     17:54     19 Dekabr 2017    
Ermənistanda zabit rütbəsi almaq üçün hərbi qulluqçu saxta diplom təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda saxta diplom təqdim edən kiçik çavuş 200 min dram cərimə edilib.

Rəsmi ittihama görə, Ermənistan ordusunun hərbi qulluqçusu zabit vəzifəsinə təyin edilməsi üçün ali təhsili olmayıb. 2016-cı ilin noyabr ayında hərbi hissənin komplektləşdirmə bölməsinə Ermənistan dövlət memarlıq universitetnin Gümrü filialını 2012-ci ildə bitirdiyinə dair saxta diplom təqdim edib.

Saxta diplom əsasında müdafiə nazirinin müvafiq əmri ilə erməni ordusunun kiçik cavuşu olan Arsen hərbi hissənin xüsusi təyinatlı 3-cü dəstənin, 3-cü bölüyünün 1-ci qrupunun komandiri təyin edilərək, ona ilkin “leytenant” zabit rütbəsi verilib.

Məhkəmə onu sənədin saxtalaşdırmasında günakar bilərək 200 min dram həcmində cərimə edilməsinə qərar verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Diplom   Saxta-zabitlər  


Bizi "telegram"da izləyin