Gümrüdəki rus hərbi bazası HHM təlimlərinə başlayacaq

2017/12/UAZ_9923S-550453534_1513674744.jpg
Oxunub: 398     17:11     19 Dekabr 2017    
Ermənistanda dislokasiya olunan Rusiyanın 102-ci hərbi bazasının hava hücumundan müdafiə zenit və zenit raket bölmələrinin hərbi qulluqçuları döyüş atışının aparılması üzrə təlimlərə başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.

Döyüş hazırlığı təlimləri və praktiki çalışmalar 1 ay davam edəcək. Praktiki çalışmalar və HHM bölmələri döyüş atışlı təlimləri Kamxud və Alagöz yüksək dağ təlimi mərkəzində keçirəcəklər.

S-300V, Buk-M1-2, Strela-10 və Şilka komlekslərinin heyətləri 1 aylıq fərdi hazırlıq təlimlərində 200-dən artıq hərbi qulluqçu və 100-dən artıq hərbi texnika cəlb ediləcək. Təlimlərin sonunda hər bir hərbi qulluqçu döyüş növbətçiliyinə daxil olma hüququ qazanmaq üçün sürətlə hərəkət edən kiçik hədəflər istiqamətində təlim atışı həyata keçirməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gümrü   102-baza   Təlim  


Bizi "telegram"da izləyin