Ermənistan MN və MTX arasında "marqarin" skandalı davam edir - DETALLAR

2017/12/2345345345_1513674874.jpg
Oxunub: 425     15:32     19 Dekabr 2017    
Ermənistan müdafiə nazirliyi və qida təhlükəsizliyi dövlət xidməti arasında, o cümlədən oliqarxlara məxsus şirkətlər arasında gizli "marqarin sövdələşməsi"nə dair əməliyyat davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinə yağ əvəzinə marqarin satmaq faktı üzrə açılan cinayət işində 3 şəxs ittiham olunur.

Qida təhlükəsizliyi tədqiqatları laboratoriyasının rəhbəri Yoğik Qziryanın səlahiyyətləri dayandırılıb. Ancaq onları həbs edilən yoxdur.

Qeyd edək ki, cari ilin əvvəlində ermənistandakı şirkətlərdən biri 14 ton miqdarında kərə yağı adı ilə idxal etdiyi marqarin yağını kərə yağı adı ilə orduya satıb. Lakin Ermənistan təhlükəsizlik xidməti cinayət izinə düşüb və milyonlarla dollar mənimsəmə aşkar edib.

Fakt yaydan aşkarlansa da bu barədə rəsmi məlumat verilməyib. Əldə edilən məlumata görə Ermənistan müdafiə nazirliyinin elan etdiyi tenderin qalibləri “SP” və “Elayqer” şirkətləri olub. Bu şirkətlər qida təhlükəsizliyi dövlət xidmətinin rəisi Yeğişe Marqaryanla əlaqəli olub. Başqa bir məlumata görə, şirkətlərdən məhz biri Marqaryana aiddir və onun təsiri ilə əməkdaşlar rəsmi sənədlərdə saxtakarlıq etməyə məcbur olublar. Ancaq əməkdaşlar onlara təzyiq edildiyini etiraf etmirlər. Laboratoriya yoxlamalarını səhv etdiklərini, sənədləri səhv tərtib etdiklərin bildirirlər.

Əslində Ermənistan qida təhlükəsizliyi dövlət xidməti tərəfindən heç bir laboratoriya yoxlamaları aparılmayıb. Laboratoriya yoxlamaları zamanı heç bir avadanlıqda, ölçü cihazında belə məhsulun qalıqları aşkar edilməyib. Yəni xidməti heç bir araşdırma, yoxlama keçirmədən sənəd tərtib edib, məhsulun kərə yağı olduğunu təsdiq edib. Tenderdə qalib gəlmiş iki şirkətdən biri “SP” şirkəti hər kiloqram marqarin yağı üçün 2120 dram (7.50 AZN), “Elayqer” şirkəti isə 2035-2445 dram (7.18-8.65 AZN) təklif edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marqarin   Erməni-ordusu  


Bizi "telegram"da izləyin