Xəzər Dənizi Flotiliyasının dəniz piyadaları təlimlərə başlayıblar

2017/12/2026444sfgnfvbnh_1513665650.jpg
Oxunub: 964     14:42     19 Dekabr 2017    
Rusiya Silahlı Qüvvələri Xəzər Dənizi Flotiliyasının dəniz piyadaları Dağıstanda yerləşən “Adanak” dağ poliqonunda təlimlərə başlayıblar.

Ordu.az NİA-kavkaz.ru saytına istinadən xəbər verir ki, zirehli transportyorların tuşlayıcıları hədəflərin kəşfiyyatı, hərəkətdə və hərəkətsiz halda pulemyot və top atəşinin istiqamətləndirilməsi, o cümlədən ərazidə hərəkət zamanı müxtəlif növ maneələrin dəf edilməsi üzərində çalışırlar.

Müxtəlif dəniz piyadası batalyonlarının hərbi qulluqçuları atəş normativlərini uğurlar yerinə yetiriblər.

Təlimlərdə dəniz piyadaları müxtəlif növ silahlardan, o cümlədə RPQ-7 qumbaraatanı, AK-74 “Kalaşnikov” və “Makarov” tapançalarından istifadə ediblər.

Qeyd edək ki, təlimlərdə 400-dən çox hərbi qulluqçu iştirak edib. Həmçinin 20-dən çox döyüş texnikasından istifadə olnub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Xəzər-Dənizi   Kalaşnikov  


Bizi "telegram"da izləyin