Rusiya-Ermənistan birgə qruplaşma komandiri Rostova gedib

2017/12/817_1513617258.jpg
Oxunub: 545     01:13     19 Dekabr 2017    
2017-ci il dekabrın 18-də Ermənistan və Rusiya qoşunlarının birləşmiş qruplaşmasının komandiri, general-mayor Andranik Makaryanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına yola düşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyi tərəfindən yayılan məlumatda bildirilib.

Makaryanın rəhbərlik etdiyi nümayəndə heyəti, Rostovda Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandanlığı ilə danışıqlar aparacaq və müvafiq sənədlər imzalayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermnəistan   Rusiya  


Bizi "telegram"da izləyin