Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Nümayəndələr palatasının spikerinə və Senatın sədr müavininə göndərilən məktubda Donald Tramp bildirib.
Obama dövründə rədd edilməsinə baxmayaraq, Tramp bundan sonra missiyanın başqa məqsədlər də daşıyacağını bildirib.
“Əl-Qaidə və İŞİD-ə qarşı əməliyyatlar dəstəkləmək və həyata keçirmək, Əfqanıstan hökumətini, ABŞ və müttəfiqlərini təhdid edən əl-Qaidəyə birbaşa dəstək verənlərə qarşı daha sərt tədbirlər görmək ABŞ ordusunun əsas məqsədidir”, - deyə məktubda bildirilib.
Tramp bildirib ki, bu qərar onun avqustun 21-də elan etdiyi yeni strategiyada yer alan Talibanın məğlub edilməsi üzrə Əfqanıstan hökuməti ilə birgə çalışma maddəsinə əsas verilib.
Xatırladaq ki, Obama 2015-ci ildə Əfqanıstanda ABŞ hərbi əməliyyatlarının bitdiyini və bu ölkədəki ABŞ ordusunun bundan sonra əfqan qüvvələrinə təlim keçəcəyini elan edib.
Lakin Trampın yeni qərarına əsasən, Əfqanıstana əlavə qoşun dəstələri göndərilməklə yanaşı, bu qoşunlar Talibana qarşı birbaşa müharibədə iştirak edəcəklər.
ABŞ ordusu əfqanıstanlı partnyorlarına əsasən havadan dəstək verirlər. Keçən ay ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Talibanın nəzarət etdiyi 25 çətənə tarlası bombalanıb.
Ağalar Ağalarlı
Ordu.az