Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, vəkil “Sülh dialoqu” ictimai təşkilatının eksperti, Ruben Martirosyan bu günlərdə hərbi hissələrdən birində baş verən ölüm faktını şərh edərkən bildirib.
Qeyd edək ki, dekabrın 11-də işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birində əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində erməni əsgəri Narek Adibekyan ölüb.
Martirosyanın sözlərinə görə, nə müdafiə naziri Viqen Sarkisyan, nə də qondarma qurumun hərbi birləşmə rəhbəri baş verən qanun pozuntularına müdaxilə etmək iqtidarında deyillər.
"Bu gün bizdə özbaşınalıq hökm sürür və günü-gündən bu özbaşınalıq dərinləşir. Bu ölüm hallarını gizlədən adamlar daha da həyasızlaşır. Lakin qeyd etdiyim rəhbər şəxslər heç nə edə bilməzlər. Çünki həmin adamlar istintaq komitəsinin və prokurorluğun ayaqabbıları altındadırlar və gücsüzdürlər," - deyə Martirosyan əlavə edib.
O, həmçinin Ermənistan SQ BQR-nin müavini general-leytenant Haykaz Bağmanyanın istefa verməsini də şərh edib:
"Haykaz Bağmanyan o qədər cinayət törədib ki, saymaqla belə bitməz. 2000-ci ildə müdafiə naziri Vağarşak Harutyunyanın əmri ilə Bağmanyan tutduğu vəzifədən azad edilmişdi. Ancaq bir neçə ay sonra siyasi vəziyyət onu Köçəryanın etibarlı adamı kimi geri gətirilməsini tələb edirdi və Köçəryan onu geri gətirdi. Bu gün vəziyyət dəyişib, Bağmanyan istefaya göndərilib. Lakin nə o zaman onun qayıtması, nə də indiki istefası ordu ilə bağlı deyil. Bunun yalnız siyasi səbəbləri var", -deyə hüquq müdafiəçisi fikirlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az