Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə-Ermənistan sərhəddində yaşayan erməni kəndliləri bildiriblər.
Onların sözlərinə görə, sərhəddə nəzarət edən rus əsgərləri kütləvi şəkildə sərhəddəki zastavaları bağlayır, müşahidə qüllələrini sökür və ümumiyyətlə sərhəddə nəzarəti dayandırırlar.
Kəndlilərə görə, buna Türkiyə tərəfinin sərhəddə nəzarəti gücləndirməsi və müasirləşdirməsi səbəb olub.
Rusiya isə sərhəddə vəsait xərcləmək istəmir.
Alpər Mövludoğlu
Ordu.az