Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Tavuş vilayətinin Noyemberyan rayonun sərhəd kəndlərindən birində yaşayan 38 yaşlı kənd sakini polisə müraciət edərək bildirib ki, 2017-ci il dekabrın 10-da kənd sakinlərindən biri 14 yaşlı qıza təcavüz edib.
Araşdırmalar nəticəsində məlum olub ki, 14 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən şəxs İcevan şəhərinin sərhədyanı kəndlərindən birinin sakini, müqaviləli hərbi qulluqçudur.
O, təcavüz edildiyi qızın, bacısının həyat yoldaşının dostudur. Tavuş vilayət prokurorluğundan bildirilib ki, toplanmış materiallar hərbi prokurorluğa göndərilib.
Alpər Mövludoğlu
Ordu.az