Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasda hərbi sənaye kompleksinin inkişafı, terrorçuluğa qarşı aparılan mübarizədə hüquqi və struktur prinsiplərini gücləndirən problemlər müzakirə edilib.
Gündəlikdə duran məsələlərlə bağlı müdafiə nazirinin müavini, hərbi sənaye dövlət komitəsinin sədri Davit Paxçanyan, terrorçuluqla mübarizə, həyata keçirilmiş tədbirlər, əsas problemlər və görüləcək işlər ətrafında təhlükəsizlik xidmətinin rəisi Qeorgi Kutoyan və polis rəisi Vladimir Qasparyan çıxış ediblər.
Təqdim edilən məsələlərlə bağlı müzakirələr aparılıb.
Alpər Mövludoğlu
Ordu.az