İran ABŞ-ın stabilləşməni pozma ilə bağlı ittihamlarını inkar edib

2017/12/1476991926345345_1512551707.jpg
Oxunub: 429     17:53     06 Dekabr 2017    
“ABŞ dövlət katibi Reks Tillersonun İranın stabilləşməni pozması ilə bağlı ittihamlarını inkar edirik”.

Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Bəhram Qasimi bildirib.

“Digər ölkələrin ABŞ-ın regiondakı acgöz və aqressiv siyasətindən sonra irəli sürülən ittihamları köhnə yara və ağrılar üçün münasib vasitə deyil”, - deyə Qasimi bildirib.

İran xarici işlər naziri ABŞ-ın İranın ünvanına ittihamlarını yalançı reaksiya adlandıraraq onların Tehranın humanitar və stabilləşdirici rolunu görməzdən gəldiyini və Vaşinqtonun regionda terrorizmi dəstəklədiyini bəyan edib.

Xatırladaq ki, Tillerson Avropa İttifaqının nümayəndəsi Federiko Mogerini ilə danışıqların nəticəsi barədə danışarkən AŞB-ın Avropa İttifaqı ilə İran tərəfindən regionda yaradılan problemlər üzərində işləməyə hazır olduğunu bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin