Pentaqon: Suriya və İraqda 3 mindən az İŞİD-çi qalıb

2017/12/1399103312_pentagon234234_1512543270.jpg
Oxunub: 370     14:51     06 Dekabr 2017    
“Suriya və İraqda İŞİD terror qruplaşmasının 3 mindən az üzvü qalıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərliyi ilə İraq və Suriyada həyata keçirilən “Intherent Resolve” əməliyyatı qərargahının rəsmi nümayəndəsi, ABŞ Quru Qoşunlarının polkoviki Rayan Dillon bildirib.

“Bizim son qiymətləndirmələrimizə görə, İraq və Suriyada 3 mindən az İŞİD terrorçusu qalıb. Onlar əvvəlkitək təhlükə mənbəyidir. Biz İŞİD-lə mübarizədə müttəfiqlərimizə yardım göstərməyə davam edirik”, - deyə Dillon öz “Twitter” hesabında qeyd edib.




Dillon İŞİD qruplaşmasının daha öncə İraq və Suriyada ələ keçirdiyi ərazilərin çox böyük hissəsini itirdiyini bildirməklə yanaşı qeyd edib ki, terrorçuları tamamilə məhv etmək üçün hələ səy göstərilməlidir.

“ABŞ və müttəfiqləri İraqda 125 min hərbi xidmətçinin hazırlanmasına yadım göstərib. Həmçinin kürd Peşmərgəsinin 22 min döyüşçüsü də təlimatlandırılıb”, - deyə Dillon qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Pentaqon  


Bizi "telegram"da izləyin